get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Danışıq

Dəqiqələri sayma

Limitsiz danış!

images

Ümumi məlumat

Bölgə tarifində olanlar üçün xüsusi təklif - günlük limitsiz danışıq paketinə qoşul və Azercelllilərlə gün boyu istədiyin qədər danış.

  • “Limitsiz danışıq kampaniyası” çərçivəsində dəqiqələrin balansı haqqında məlumatı 2112-yə zəng edərək yaxud həmin nömrəyə boş SMS göndərərək öyrənmək mümkündür. Xidmət haqqı 0.02 AZN təşkil edir. Bu məlumatı, həmçinin “Kabinetim” tətbiqi üzərindən və ya *111*1*7#YES yığaraq pulsuz əldə etmək olar.
  • Kampaniya çərçivəsində təqdim edilən dəqiqələr bitərsə, YENİ yazıb 2323-ə göndərməklə paketi yeniləmək mümkündür. Bunun üçün cari paketin dəqiqə balansı tam istifadə edilməlidir. Xidmət haqqı 0.45 AZN təşkil edir və dəqiqələr cari günün sonunadək təqdim olunur.

Qeyd: 4 Noyabr 2022-ci il tarixindən etibarən, “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) xətt sistemində abunəçilərə təqdim edilən “Bölgə” tarif paketi çərçivəsində “Limitsiz danışıq” kampaniyasının xidmət haqqı 0,45 AZN  təşkil edəcək.

 

Qoşulma

Qoşulmaq üçün *232*1#YES yığ və ya 2323START yazıb göndərmək kifayətdir (istək pulsuzdur).

Kampaniyadan günlük istifadə haqqı - 45 qəpikdir.

Əlavə məlumat

Dəqiqələri sayma paketi eksklüziv olaraq Bölgə tarifi abunəçiləri üçün nəzərdə tutulmuşdur.

Bölgə tarifi abunəçisi olmayan şəxslər SMS və USSD kod vasitəsilə bu paketə abunə olmaq istədikdə dərhal Bölgə tarifinə keçirilir. Tarif dəyişdirilməsi pulsuz həyata keçirilir.

Aktivasiya üçün 0.45 AZN dəyərində gündəlik istifadə haqqı dərhal balansdan çıxılır.

Paket istək göndərildikdən dərhal aktiv edilir və hər günün sonunadək istifadə oluna bilər (23:59:59-dək). Yalnız ilk qoşulma zamani paket növbəti gündən sonra yenilənəcək (00:00-dan sonra).

Abunəçilər bu paketi gündə yalnız bir dəfə aktivləşdirə bilər. Sözügedən əməliyyatın tamamlanması üçün balansda minimum 0.45 AZN məbləğ olmalıdır.

Paket deaktiv edildikdən sonra yenidən sifariş edilə bilər.

Paket aktivləşdirilən zaman gündəlik istifadə üçün şəbəkədaxili 500 dəqiqə balansa köçürülür. Bu bonuslar Bakı və Abşeron ərazisində edilən zənglər üçün istifadə oluna bilməz.

“Limitsiz danışıq” kampaniyası çərçivəsində zənglərin maksimum müddəti 30 dəqiqədir. Zənglər üçün faktura intervalı isə 1 dəqiqə təşkil edir.

Bonus dəqiqələri yalnız şəbəkədaxili zənglər zamanı istifadə olunmaq üçün nəzərdə tutulmuşdur. Bonus dəqiqələrindən qısa nömrələrə edilən zənglər zamanı da istifadə edilə bilməz.
Bütün digər xidmətlər Bölgə tarifinə uyğun hesablanır.

Kampaniyanı dayandırmaq üçün STOP yazıb 2323 nömrəsinə SMS göndərmək və ya *232*0#YES yığmaq kifayətdir.

Sistem mesajı alındıqdan sonra kampaniyanın deaktiv edilməsi üçün təsdiq SMS-i göndərilməlidir. Xidmət haqqı 0.50 AZN təşkil edir.

Abunəçi paketi deaktivasiya etdikdə, tarif planını və ya nömrəni dəyişdikdə bütün bonus dəqiqələri dərhal ləğv olunur.