get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Abunəlik

GəncOL 5 və GəncOL 8 tarif paketləri 14.06.2019-cu il tarixindən etibarən ləğv edilmişdir.

Qeyd olunan tarixdən əvvəl müvafiq GəncOL tarif paketlərinə abunə olanlar tarif planından əvvəlki qaydada istifadə edə bilərlər.

G5” yazıb SMS vasitəsilə 7575-ə və “G8” yazıb SMS vasitəsilə 7575-ə göndərən şəxslər müvafiq olaraq GəncOL 6 və GəncOL 9 tarif paketlərinə abunə olacaqlar.

Üstünlüklər:

  •       GəncOL 5 paketi ilə abunəçilər 5 AZN ödəməklə 2 GB data, 200 tarifdaxili dəqiqə və 200 şəbəkədaxili SMS əldə edir;
  •       GəncOL 8 paketi ilə abunəçilər 8 AZN ödəməklə 4 GB data, 400 tarifdaxili dəqiqə və 400 şəbəkədaxili SMS əldə edir;
  •       Qeyd olunan bonuslar istifadə olunduqdan sonra:

o   Tarixdaxili zənglərin dəqiqəsi 0.02 AZN təşkil edir;

o   Ölkəboyu şəbəkədaxili zənglərin dəqiqəsi 0.05 AZN təşkil edir;

o   1 MB data istifadəsi üçün xidmət haqqı 0.1 AZN təşkil edir;

o   Hər bir SMS üçün xidmət haqqı 0.05 AZN təşkil edir.

Balansı yoxlamaq üçün *111*1*7#YES yığmaq, 2112 nömrəsinə zəng etmək və ya boş SMS göndərmək kifayətdir. Zənglərin dəqiqəsi 0.10 AZN təşkil edir.

2112 nömrəsinə göndərilən hər bir SMS üçün xidmət haqqı 0.02 AZN təşkil edir.

Qiymətlər 1 dəqiqəlik zənglər üçün nəzərdə tutulmuşdur.

İstifadə müddəti

  •       Hər iki GəncOL tarif paketi 30 gün müddətinə aktiv olur. Hər ayın müvafiq günü abunəliklər yenilənir.
  •       GəncOL tarif planı deaktivasiya edilən zaman bütün bonus dəqiqələr, SMS-lər, sosial şəbəkə paketi və internet paketi ləğv olunur.