get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Ümumi məlumat

Kollec və universitet tələbələri üçün hazırlanmış sərfəli tarif paketi. Tarifə qoşul və tələbə yoldaşlarınızla çox sərfəli qiymətlərlə danış. Üstəlik, İnternet paketlərinə də endirim qazanırsan.

Qiymətlər

  • Tarifdaxili zənglər (1 dəq.) 0.01
  • Ölkədaxili zənglər (1 dəq.) 0.05
  • 1 SMS 0.05

Elə indi qoşul

Bu tarifə ölkənin bütün ali və orta ixtisas məktəblərinin tələbələri qoşula bilər.

SimSim nömrən varsa (nömrən öz adına olmasa belə), tələbə bileti və şəxsiyyət vəsiqənlə Müştəri Xidmətləri və ya Azercell Ekspres ofislərinə yaxınlaş.

SimSim nömrən yoxdursa, tələbə bileti və şəxsiyyət vəsiqənlə yeni nömrə əldə etmək və tarifə qoşulmaq üçün Azercell Ekspres ofislərinə yaxınlaş.

Tələbələr arasında zəngin hesablama intervalı – 1 dəqiqə. Ölkədaxili zənglərin hesablama intervalı – 30 saniyə.

Üstəlik, Mobil İnternet paketlərinə 20% endirim təqdim olunur!

Əlavə Məlumat

Bu tarif paketində abunəçilər yalnız bir nömrədən istifadə edə bilər.

Abunəçinin müraciəti təsdiqləndikdən sonra tarif planı 1 il ərzində etibarlı sayılır. Bu müddətin sonunda abunəçi hələ də tələbədirsə, abunəliyi daha bir il müddətinə uzatmaq üçün istənilən Azercell Ekspres və ya Müştəri Xidmətləri ofisinə müraciət edə bilər. Bunu etmədikdə, nömrənin tarif planı avtomatik olaraq “Azercellim” tarifinə keçiriləcək.

Bəli, bu tariflər qısa nömrələrə tətbiq edilmir.
Bütün digər xidmətlər “Azercellim” tarifinə uyğun olaraq hesablanır.
Tələbə 1-liyi tarifi çərçivəsində təqdim olunan 20% endirim Fərdi paket daxilində keçərli deyil.

Bir SMS–in qiyməti 0.05 AZN təşkil edir.

 *12.02.2019-cu il tarixindən fakturasız xətt (SimSim) sisteminə aid olan tariflərə istinad edərək “Azercellim”, “Bizimkilər”, “Hər Yerə”, “GəncSim”, “Bölgə” və “Tələbə Birliyi” tarif paketləri çərçivəsində təqdim edilən paketdən əlavə göndərilən bir SMS-in qiyməti 0.05 AZN-dir. Üstəlik, “GəncOL” və “Kombo” tarif paketləri xaricində əlavə göndərilən bir SMS-in qiyməti 0.05 AZN-dir.