Umico istifadəçiləri olan Azercell abunəçiləri, hər zaman çoxsaylı üstünlüklərdən yararlana bilirlər! Artıq Umico mobil tətbiqi çərçivəsində Siz topladığınız bonuslarınızı öz və ya istədiyiniz Azercell abunəçisinin balansına yükləyə bilərsiniz.
Bu imkandan həm fakturalı, həm fakturasız xətt abunəçiləri yararlana bilər. Tətbiqi smartfonunuza yükləyin və xidmətdən yararlanın: AppStore və ya PlayStore-da tətbiqi yükləmək üçün link: http://onelink.to/umico
Bonusları balansınıza yükləmək üçün: Umico tətbiqində: DAHA ÇOX – ÖDƏMƏLƏR.
ᅠ
Azercell şəbəkə mağazalarında alış-verişlə yanaşı, eyni zamanda fakturasız xətt abunəçiləri (Sim Sim) balanslarını artırmaqla da Umico-da 0,7% civarında keşbək bonusları qazanırlar. Qeyd edilən balans artırılmasından qazanılar keşbəki əldə etmək üçün - sadəcə 3131 nömrəsindən gələn SMS-sə 24 saat ərzində təsdiq cavabı vermək lazımdır.
2 İyul 2020-ci il – 15 İyul 2020-ci il tarixlərində Azercell-Umico əməkdaşlığı çərçivəsində ikiqat keşbək kampaniyası keçiriləcək. Kampaniya Azercell fakturasız xətt abunəçilərinə şamil olunur. Kampaniya müddəti 2 həftə kimi təyin olunub, qeyd olunan tarixdən sonra keşbək yenidən 0.7% olacaqdır. İkiqat keşbək eyni qayda ilə alınacaq.
Balans artırarkən – keşbək qazanmaq üçün:
Fakturasız (Sim Sim) abunəçiləri balanslarını onlayn ödəmə (kredit və ya debit kartları ilə) və ya xüsusi ödəniş terminalları vasitəsilə artırarkən – qeyd edilən 0,7% 1,4% civarında keşbəki qazanırlar. Aşağıda, keşbək qazanmaq üçün ödəniş edə bilinəcək vasitələr qeyd edilib.
Nağd ödəniş üçün |
İnternet səhifədən kartla ödəniş üçün |
Milliön eManat(Modenis) Expressbank HÖP Smartpay Azərbaycan Beynəlxalq Bankı (ABB) Azərpoçt şöbə və filiallar |
Milliön PaySis (E-pul) Goldenpay Azerikard HÖP |
*Keşbəki əldə etmək üçün 3131-dən gələn mesaja 24 saat ərzində təsdiq cavabı yazmağınız vacibdir!
Umico ilə bağlı daha geniş məlumat üçün isə 915 Umico çağrı mərkəzinə zəng etməyiniz xahiş edirik.
![]() |