get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Özünəxidmət

Azercell Səyyar Satış və Xidmətlər

images-phone
Siz gələ bilmirsiniz? Biz Sizə gələrik!
 
"Azercell Səyyar Satış və Xidmətlər" servisini təqdim edir. Bu xidmət Azercell dükanlarına gəlmək imkanı olmayan müştərilərə Azercell xidmətlərindən arzu etdikləri ünvanda yararlanmaq imkanı yaradır.
 
Xidmət çərçivəsində Azercell-in təcrübəli mütəxəssisləri müştərinin sifariş etdiyi ünvana yaxınlaşaraq müvafiq satış və xidmət əməliyyatlarını yerində icra edirlər.
 
 
Sifariş necə edilir?
 
Müştərilər Azercell Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq "Səyyar Satış və Xidmətlər" servisini sifariş edə bilərlər.
 
Sifariş qeydiyyata alındığı saatdan asılı olaraq 1 iş günü ərzində müştəri ilə əlaqə saxlanılır, xidmətin icra tarixi razılaşdırılır və xidmət müvafiq ünvanda həyata keçirilir.
 
 
Vacib məlumat
 
Azercell mütəxəssisi sifariş edilən ünvana gəldikdən sonra müştəri xidmətdən imtina etdiyi halda belə, yuxarıda qeyd olunan zona üzrə "Səyyar Satış və Xidmətlər" haqqı müştəri tərəfindən ödənilməlidir. Hazırda xidmət yalnız qeyd olunan ərazilərdə mövcuddur.

 

Xidmətin əhatə dairəsi

Zona Şəhər/rayon Əhatə olunan ərazilər Təklif
Zona 1 Bakı şəhəri rayonları Səbail, Yasamal, Nəsimi, Nizami, Xətai,Nərimanov 40 AZN
Zona 2

Bakı şəhəri rayonları

Binəqədi, Suraxanı, Xəzər, Pirallahı, Sabunçu və Qaradağ rayonları. 50 AZN
Zona 2 Sumqayıt şəhəri H.Z. Tağıyev və Corat qəsəbələri daxil olmaqla 50 AZN
Zona 2 Abşeron rayonu Xırdalan şəhəri, Aşağı Güzdək, Digah, Ceyranbatan, Güzdək, Hökməli, Qobu, Mehdiabad, Pirəkəşkül, Saray, Şəfəq qəsəbələri, Fatmayı, Görədil və Masazır kəndləri. 50 AZN

ƏDV daxildir