Siz ərazisindəsiniz
Zəngləri ehtiyac olduqda digər nömrəyə və ya cihaza yönləndir
Zənglərin yönləndirilməsi ilə bir nömrədə qəbul edilən, lakin cavablandırılmayan zənglər abunəçinin istəyinə görə başqa nömrəyə köçürülür. Zənglərin yönləndirilməsi həmçinin telefon söndürüldükdə və ya şəbəkə əhatə dairəsi xaricində olduqda belə həyata keçirilir.
Zənglərin yönləndirilməsinin aşağıda növləri vardır. Xidməti aktivləşdirmək üçün sadəcə telefonda müvafiq kodu yığmaq lazımdır.
Telefon sönülü və ya əhatə dairəsi xaricində olduqda:
Xidməti deaktiv etmək üçün ##62#YES yığ
Telefon məşğul olduqda:
Xidməti deaktiv etmək üçün ##67#YES yığ
Zənglər cavabsız qaldıqda:
Xidməti deaktiv etmək üçün ##61#YES yığ
Bütün zəngləri yönləndirmək üçün:
Xidməti deaktiv etmək üçün ##21#YES yığ
Zənglərin yönləndirilməsi xidmətini həmçinin birbaşa telefonun menyusundan da aktiv və ya deaktiv etmək olar.
Zənglərin yönləndirilməsi xidməti aktiv edildikdə nömrəyə daxil olan zənglər ödənişlidir. Xidmət haqqı istifadə edilən tarifə uyğun olaraq adi danışıq kimi hesablanır.
Zənglərin yönləndirilməsi, şəbəkə siqnallarının zəif olduğu yerlərdə bir neçə telefon istifadə edən və / və ya vacib zəngləri ötürmək istəməyən istifadəçilər üçün olduqca rahat xidmətdir. Bu xidmət xüsusilə də telefonun batareyasında enerji səviyyəsi aşağı olduqda faydalıdır.
Xidməti aktivləşdirmək üçün activate yazıb 9141-ə, deaktiv etmək üçün deactivate yazıb 9141-ə SMS göndər. SMS üçün xidmət haqqı 0.05 AZN təşkil edir.
Bəli, səsli poçta yönləndirilən zənglər adi daxil olan zənglər kimi qəbul ediləcək.
Xeyr, Zənglərin yönləndirilməsi xidmətini aktiv etmədən öncə Zənglərə qadağa xidməti deaktiv edilməlidir.
Müraciət üçün xanaları doldur
Sizinlə ən qısa zamanda əlaqə saxlayacağıq!
Ən çox axtarılanlar
Heç bir nəticə tapılmadı: ""
Abunəlik uğurla tamamlanmışdır