get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
Cersi

Cersi

Mövcud operatorlar

Əlavə məlumat

Rouminqi aktivləşdirmək üçün:

  • Fakturalı xətt abunəçiləri START yazıb SMS vasitəsilə 8808-ə göndərə bilər. 8808 nömrəsinə göndərilən hər bir SMS üçün xidmət haqqı 0.01 AZN təşkil edir.
  • Fakturasız xətt abunəçiləri *135*1#YES kodunu yığa bilər.

Səfər ediləcək ölkənin adını səhifənin başlığında yerləşən axtarış bölməsinə yazmaqla tariflərlə bağlı məlumat əldə etmək olar.

  • Səyahət ediləcək ölkənin mobil operatorunun Azercell ilə əməkdaşlıq edib-etmədiyini yoxlamaq lazımdır.
  • Fakturalı xətt abunəçiləri hesablarında əlavə heç bir qalıq borcun olmadığından əmin olmalıdırlar. Bunun üçün 650 nömrəsinə zəng etmək və ya boş SMS göndərmək kifayət edir. 650 nömrəsindən daxil olan hər bir SMS üçün xidmət haqqı 0.02 AZN təşkil edir.

Xaricə səfər zamanı balansı artırmaq üçün Azercell-in müvafiq xidmətlərindən yararlanmaq olar:

Onlayn ödəmə
Ödəniş kartları

Rouminqdə olarkən zəng etmək üçün beynəlxalq yığım formatından istifadə edilməlidir:

[+] [ölkə kodu] [şəhər kodu / mobil operator kodu] [nömrə]. 

Rouminq zamanı Müştəri Xidmətlərinə aşağıdakı qaydada zəng etmək olar:

  • Fakturalı Xətt abunəçiləri üçün: +994124905252, +994506565000;
  • Fakturasız Xətt abunəçiləri üçün: +994124904949, +994502002111;
  • Korporativ Seqment Əlaqə Mərkəzi: +994124904940;994506050000;

Qeyd edilən nömrələrə edilən zənglər 45 dəqiqəlik pulsuz danışıq müddəti bitdikdən sonra hər dəqiqə üçün 0,70 AZN olmaqla hesablanır.

Zənglər üçün hesablama intervalı – 1 saniyə.

Rouminqdə internet işləmədikdə aşağıda qeyd edilən əməliyyatlar həyata keçirilməlidir:

  • Fakturasız xətt abunəçiləri üçün balansda minimum 0.10 AZN məbləğinin olub-olmamasını yoxlamaq;
  • Cihazda menyu hissəsindən rouminqin aktiv olub-olmamasını yoxlamaq;
  • 3G-nin aktiv edildiyindən və APN bölümündə "INTERNET" (böyük hərflərlə) yazısının olduğundan əmin olmaq.

Rouminqi deaktiv etmək üçün:

  • Fakturalı xətt abunəçiləri STOP yazıb SMS vasitəsilə 8808-ə göndərə bilər. 8808 nömrəsinə göndərilən hər 1 SMS-in qiyməti 0.01 AZN təşkil edir.
  • Fakturasız xətt abunəçiləri *135*0#YES kodunu yığa bilər.
Rouminq internet paketlərinin aktiv olduğu ölkə və operatorların siyahısı