Fakturasız xətt abunəçilərinə yenilənmiş “Sərbəst” tarifinin şərtləri 02.02.2021 tarixindən sonra növbəti yenilənmədə şamil olunacaq.
Əgər yuxarıdakı sualların hər hansı birinə 'Hə' cavabı verirsənsə, “Sərbəst” sənin üçün ideal tarifdir!
Sərbəst tarifinin təqdim etdiyi 50GB-dən artıq pulsuz internetdən və minlərlə danışıq dəqiqələrindən faydalanma fürsətini qaçırma. Viber, Telegram, WhatsApp, Facebook, Instagram, ZVUK və YouTube kimi sosial şəbəkələrdən heç bir əlavə ödəniş olmadan bol-bol istifadə et.
Fakturasız abunəçilər üçün Sərbəst tarifini aktivləşdirmək üçün müvafiq kodu yazıb 7575-ə göndərmək kifayətdir:
*7575-ə göndərilən 1 SMS-in dəyəri 0.01 AZN təşkil edir.
Aşağıdakı USSD kodu yığmaqla da tarif paketini aktivləşdirmək olar:
“Sərbəst” tarifinə qoşulduqda, abunə haqqı balansdan çıxılır və bonuslar balansa yüklənir.
Fakturalı abunəçilər aşağıdakı üsullarla balanslarını öyrənə bilərlər:
1 SMS-in/zəngin qiyməti 0.02 AZN-dir.
Balans haqqında ətraflı məlumatı Kabinetim tətbiqi vasitəsilə də əldə etmək olar. Tətbiqə birbaşa yükləmə linki əldə etmək üçün *110# yığmaq lazımdır.
Tarif paketini yeniləmək üçün müvafiq açar sözü 7575-ə göndərmək lazımdır.
7575-ə göndərilən bir SMS-in qiyməti 0.01 AZN təşkil edir.
Tarif paketini gündə bir dəfə yeniləmək mümkündür. Yeniləndikdən sonra əvvəlki paketin bonusları avtomatik olaraq silinəcək.
Tarif bonusları haqqında məlumat əldə etmək üçün 2112 qısa nömrəsinə boş SMS göndərmək lazımdır.
SMS-in qiyməti 0.02 AZN təşkil edir.
Müvafiq planın istifadə müddəti (və ya internet paketi) bitdikdən sonra abunəçinin balansından internet paketinin hər 1 MB-ı üçün 0.1 AZN, şəbəkədaxili danışıq dəqiqələrinin bir dəqiqəsi üçün 0.06 AZN və şəbəkəxarici zənglərin bir dəqiqəsi üçün 0.08 AZN tutulacaq.
Tarifdaxili internet bonusları bitdikdən sonra paketsiz internetdən istifadə hər 1 MB - 0.10 AZN tarifi ilə hesablanacaq.
Internetin hesablamata intervalı təqribən 512 kb-a qədər yuvarlaqlaşdırılır. Zənglər üçün yuvarlaqlaşdırma intervalı 60 saniyə təşkil edir.
Azercell abunəçilərinin nəzərinə!
Abunəçilərimizin tələbatlarını nəzərə alaraq, fakturalı və fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün mövcud olan bütün “Sərbəst” tarif paketlərində daha əlverişli istifadə şərtlərinin təqdimatına başlanılır. Belə ki, “Sərbəst” tarif paketləri çərçivəsində təqdim edilən öldədaxili, şəbəkədaxili və tarifdaxili dəqiqələrin əvəzinə ümumi ölkədaxili danışıq dəqiqələri təqdim edilməklə daha rahat və əlverişli istifadə imkanı yaradılır. Bu da abunəçilərə bütün istiqamətlərdə daha rahat danışmaq və nömrənin balansını daha rahat nəzarətdə saxlamaq imkanı verəcək. Bundan başqa “Sərbəst” tarif paketi çərçivəsində təqdim edilən internetdən istifadə imkanı da daha əlverişli olacaq. Sosial şəbəkələrdən istifadə və yazışma imkanının saxlanılması ilə yanaşı ümumi internetdən istifadə həcmi də artırılmışdır. Dəyişikliklər mövcud “Sərbəst” tarif paketindən 30 günlük cari istifadə müddətindən sonrakı növbəti yenilənmədən başlayaraq tətbiq ediləcək.
Qeyd: Abunəçilər edilən dəyişikliklər, tarif və internet paketlərinin sifarişi, başqası ilə əvəz etmək və ya imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, 24/7 Telefon mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.