1 iyul 2025-ci il tarixindən etibarən Fakturasız (SimSim) xətt sisteminə aid “Azercellim”, “Bölgə”, “GəncSim”, “Sadə8”, “GəncOL” tarif paketlərinə yeni qoşulmalar dayandırılmışdır. Qeyd olunan tarixədək bu tariflərə qoşulan abunəçilər cari abunə ləğv edilənə qədər müvafiq tarif paketlərindən ümumi əsaslarla istifadəyə davam edə biləcəklər.
15 iyul tarixindən etibarən “Sadə2” tarifinə abunə prosesi yeni abunəçilər üçün bütün kanallar vasitəsilə dayandırıldı. “Sadə2” tarifinin abunəçiləri isə “Azercellim”, Bölgə” və “GəncSim” tariflərinə pulsuz qoşula bilərlər.
1 iyul 2025-ci il tarixindən etibarən Fakturasız (SimSim) xətt sisteminə aid “Sadə8” tarif paketinə yeni qoşulmalar dayandırılmışdır.
Cari balans və abunə statusu haqqında ətraflı məlumat əldə etmək üçün telefonda *111*1*7#YES kodunu yığmaq lazımdır.
Şəbəkədaxili pulsuz SMS-lər bitdikdən sonra göndərilən ölkədaxili 1 SMS-in qiyməti 0.10 AZN, ölkəxarici 1 SMS-in qiyməti isə 0.25 AZN təşkil edəcək.
Əlbəttə. "Sadə8" tarifinə qoşulmaq üçün S6 yazıb SMS-lə 7575-ə göndər və yeni bonuslar əldə et.
“Sadə” tarifi çərçivəsində xidmət haqqı hər iki halda 1 zəngin (ölkədaxili) dəqiqəsi 0.19 AZN təşkil edir.
Şəbəkədaxili göndərilən ölkədaxili 1 SMS-in qiyməti 0.10 AZN, ölkəxarici 1 SMS-in qiyməti isə 0.25 AZN təşkil edir.
İnternet paket olmadan istifadə olunan hər MB-a görə 0.20 AZN xidmət haqqı tutulur.
Hazırda "Əzizlərim" tarifindəki güzəştləri "Sadə" tarifindəki bonuslarla birləşdirmək mümkün deyil.
Abunəçidən cari tarifdən "Sadə" tarifinə keçərkən heç bir xidmət haqqı tutulmur. “Sadə” tarifinə keçdikdə balansdan yalnız tarifin müvafiq qiyməti çıxılır.
Tarifdaxili bonus dəqiqələri rominq, beynəlxalq zənglər, xüsusi kodlu (* ilə yığılan) və qısa nömrələr üçün istifadə oluna bilməz.
Abunəçi istifadə edilməmiş dəqiqə və SMS-lər mövcud olduqda belə tarif paketini yeniləyə və yaxud dəyişə bilər. Lakin bu zaman qalıq dəqiqə və SMS-lər sıfırlanacaq.
Ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.