9 iyul 2026-cı il tarixindən etibarən Fakturalı xətt sisteminə aid “Yeni Hər Yerə”, “SuperSən 3GB", “SuperSən 6GB”, “SuperSən 10GB”, “SuperSən 20GB”, “SuperSən 30GB”, “Premium 50GB”, “Premium 75GB”, “Premium 100GB”, “DövlətCell” tarif paketlərinə yeni qoşulmalar dayandırılmışdır. Qeyd olunan tarixədək bu tariflərə qoşulan abunəçilər cari abunə ləğv edilənə qədər müvafiq tarif paketlərindən ümumi əsaslarla istifadəyə davam edə biləcəklər.
9 iyul 2026-cı il tarixindən etibarən Fakturalı xətt sisteminə aid “Premium” tarif paketlərinə yeni qoşulmalar dayandırılmışdır.
“Premium” tarifinin istifadə müddəti 1 faktura dövrü təşkil edir. İstifadə olunmamış dəqiqə, internet və tətbiqlər üçün trafik növbəti aya keçmir.
Tarif bonusları haqqında məlumatı 650 qısa nömrəsinə boş SMS göndərməklə istənilən zaman yoxlamaq mümkündür.
“Premium” tarifi çərçivəsində WhatsApp və Facebook Messenger tətbiqlərində yazışma üçün 1GB-dək trafik təqdim edilir. Mesajlaşma üçün təqdim olunan trafik bitdikdə istifadəçi balansında mövcud olan digər internet resurslarından istifadə edə biləcək. Əgər balansda başqa internet resursları yoxdursa, pulsuz yazışmaq mümkün olmayacaq.
“Premium” tarifi çərçivəsində təqdim olunan bonuslar tükənibsə, lakin paketin istifadə müddəti hələ bitməyibsə, xidmət qiyməti aşağıdakı kimi olacaq:
İstifadədə üstünlük 55GB istisna olmaqla, qalan bütün hallarda internet paketlərinə veriləcək.
Zəngin hesablanma intervalı 60 saniyədir.
“Premium” tarif paketindən digərinə keçid zamanı mövcud paketin bonusları ləğv edilir.
Tarifdaxili bonus dəqiqələri rouminq, beynəlxalq zənglər, xüsusi kodlu (* ilə yığılan) və qısa nömrələr üçün istifadə edilə bilməz. Həmçinin “Zəngimi ödə” xidməti çərçivəsində abunəçinin telefonuna zəng olunarsa, müvafiq vəsait tarif daxilində təqdim edilən dəqiqələrdən deyil, balansdan çıxarılacaq.
650 nömrəsinə göndərilən hər sorğu üçün balansdan 0.02 AZN silinir.
Ölkədaxili 1 SMS-in qiyməti 0.10 AZN, ölkəxarici 1 SMS-in qiyməti isə 0.25 AZN təşkil edir.
“Premium” tarifi haqqında ətraflı məlumat almaq üçün “P” yazıb 7575 və ya 650 nömrəsinə göndərmək lazımdır.
Prioritet əvvəlcə yazışma üçün nəzərdə tutulan trafikə, daha sonra isə tarifin əsas paketinə verilir. Əsas paketin resursları tükəndikdən sonra və aktiv internet paketi olmadıqda abunəçi keçidləri olan xüsusi səhifəyə yönləndirilir.
Əvvəlcə rouminq internet paketinin trafikinə, daha sonra isə tarifin “Premium” rouminq paketinə prioritet verilir.
Tarifin istifadə müddəti (bonuslardan istifadə də daxil olmaqla) müvafiq faktura dövrünə uyğun olaraq (1-ci faktura dövrü istifadəçiləri üçün: hər ayın 5-dən növbəti ayın 5-nə kimi; 2-ci faktura dövrü istifadəçiləri üçün isə hər ayın 25-dən növbəti ayın 25-nə kimi) hesablanır. Faktura dövrünün başa çatdığı dövrdə (günün son saatları) növbəti fakturalama prosesinin başlanılması üçün zəruri texniki işlərin həyata keçirilməsinə start verilir. Fakturalama günü isə (fakturalama dövründən asılı olaraq hər ayın 4-ü və ya hər ayın 24-ü) fakturalama prosesi başladıqdan sonra (təqribən saat 23:00-dan) xidmətlərdən istifadə öz əksini növbəti fakturada tapır. Fakturalama prosesi ərzində aylıq abunə haqqı ödənilməklə təqdim edilmiş dəqiqə, internet trafik növbəti fakturaya aid edilir.
Tarif dəyişikliyi ilə əlaqədar olaraq növbəti faktura dövründən etibarən nömrəyə bonus kimi təqdim edilən dəqiqə və internet trafiki mövcud olmasa, fakturalama prosesi ərzində saat 23:59:59-dək həyata keçirilən xidmətlərə görə xidmət haqqı əvvəlki (cari) tarif çərçivəsində təqdim edilən bonuslardan çıxılır, fakturalama prosesi bitdikdən sonra isə nömrədə aktiv edilmiş yeni tarif paketinə əsasən hesablanır.
Ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.