get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Fakturasız xətt

GəncOL

1 iyul 2025-ci il tarixindən etibarən Fakturasız (SimSim) xətt sisteminə aid “Azercellim”, “Bölgə”, “GəncSim”, “Sadə8”, “GəncOL” tarif paketlərinə yeni qoşulmalar dayandırılmışdır. Qeyd olunan tarixədək bu tariflərə qoşulan abunəçilər cari abunə ləğv edilənə qədər müvafiq tarif paketlərindən ümumi əsaslarla istifadəyə davam edə biləcəklər.

images-serbest

Tarif paketləri

GəncOL11
6 GB

İnternet

800 dəq.

Tarifdaxili

Yazışma + 500MB

GəncOL8
  • icon
3 GB

İnternet

500 dəq.

Tarifdaxili

Yazışma + 500MB

GəncOL Həftəlik
1 GB

İnternet

200 dəq.

Tarifdaxili

Yazışma + 500MB

*Zənglər üçün hesablama intervalı - 1 dəqiqə. 

Tarifin abunə haqqı ödənildikdə nömrənin xətti 7/30 gün ikitərəfli açıq qalacaq.

İnternet paketləri

More details
12GB
12GB 19

Daha ətraflı
More details
6GB
6GB 12

Daha ətraflı

Əlavə məlumat

1 iyul 2025-ci il tarixindən etibarən Fakturasız (SimSim) xətt sisteminə aid “GəncOL” tarif paketlərinə yeni qoşulmalar dayandırılmışdır.

"GəncOL" tarifini yeniləmək üçün müvafiq "GəncOL" tarif paketinin kodunu SMS-lə 7575-ə göndərmək kifayətdir:

  •     GəncOL Həftəlik paketi üçün G2
  •     GəncOL8 paketi üçün G6
  •     GəncOL11 paketi üçün G9

Həmçinin, mobil telefonda müvafiq USSD kodunu yığmaqla "GəncOL" tarif paketini yeniləmək mümkündür:

  •     GəncOL Həftəlik paketi üçün *750*4*02#YES
  •     GəncOL8 paketi üçün *750*4*06#YES
  •     GəncOL11 paketi üçün *750*4*09#YES

"GəncOL Həftəlik" tarif paketinin istifadə müddəti 7 gündür. "GəncOL8" və "GəncOL11" tarif paketlərinin istifadə müddəti isə 30 gün təşkil edir. Hər bir paket istifadə müddətinin son günündə balansda kifayət qədər vəsait olduğu halda, avtomatik olaraq yenilənir.

"GəncOL" tarif paketində internet bonusları vaxtından tez bitərsə, müvafiq açar sözü ("GəncOL Həftəlik", G8, G11) 7575-ə göndərməklə paketi yeniləmək mümkündür.

"GəncOL" tarif paketinin yenilənməsi və ya deaktivasiyası zamanı bütün qalıq dəqiqələr, SMS və data paketi balansdan silinir və növbəti dövrə ötürülmür.

Tarifdaxili dəqiqələrin hamısını istifadə etdikdən sonra balansda İnternet paketi qaldığı təqdirdə müvafiq "GəncOL" tarif planını yeniləmək mümkün deyil.

Qalıq tarif bonuslarını yoxlamaq üçün 2112 nömrəsinə boş SMS göndərmək kifayətdir. Hər bir SMS üçün xidmət haqqı 0.02 AZN təşkil edir.

*111*1*7#YES yığmaqla da balansı yoxlamaq mümkündür (USSD mesajın qiyməti 0.10 AZN-dir.).

Balans haqqında məlumatları "Azercell" mobil tətbiqindən də əldə etmək olar. *110# kodunu yığmaqla mobil tətbiqi yükləmə linkini əldə et.

Tarifdaxili bonus dəqiqələri yalnız "GəncOl" abunəçiləri arasında zənglər üçün nəzərdə tutulub. Rominq, beynəlxalq zənglər, xüsusi kodlu (* ilə yığılan) və qısa nömrələr üçün istifadə oluna bilməz.

Ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.

25 oktyabr 2022-ci il tarixindən etibarən “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) xətt abunəçilərinə təqdim edilən “GəncOL Həftəlik”, “GəncOL8” və “GəncOL11” tarifləri çərçivəsində “Busuu” tətbiqindən istifadə üçün nəzərdə tutulan 750MB, 3GB və 6GB-lıq pulsuz internet paketləri üzrə xidmət ləğv edilmişdir.

“GəncOL” tarifi çərçivəsində təqdim olunan bonuslar bitdikdən sonra paketdən istifadə müddəti hələ də bitməyibsə xidmətlər üçün ödəniş aşağıdakı qaydada hesablanır:

  • Tarifdaxili zəngin 1 dəqiqəsi: 0.02 AZN
  • Ölkədaxili zənglər - 0.08 AZN 
  • 1MB = 0.05 AZN
  • 1 SMS = 0.10 AZN (Ölkəxarici: 0.25 AZN)

“GəncOL” tarifləri çərçivəsində “WhatsApp” mətn yazışmaları üçün təqdim olunan trafikə 64 kbit/s sürət limiti tətbiq olunur. 25.01.2021-ci il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan “GəncOL” tarif paketləri çərçivəsində “WhatsApp” tətbiqində mətnli yazışmalar üçün əvvəlcə 1GB pulsuz internet həcmindən istifadə imkanı təqdim edilir. Daha sonra “GəncOL” paketi çərçivəsində təqdim olunan “WhatsApp” üçün 500MB trafik həcmindən, sonra isə tarif çərçivəsində təqdim olunan əsas internet həcmindən istifadə etmək mümkündür.

“GəncOL” paketi çərçivəsində təqdim olunan əsas internet həcmi istifadə müddəti bitməzdən öncə tükəndikdə və əlavə internet paketi sifariş edilmədikdə, müvafiq dövrün sonunadək yuxarıda qeyd olunan mətn yazışmaları üçün 16 kbit/s sürət limiti ilə 10GB pulsuz internet həcmindən istifadə etmək mümkündür.

Nömrənin xəttinin uzunmüddətli açıq qalması üçün istifadə olunan tarif paketini hər ay yeniləmək lazımdır. Məsələn, “GəncOL Həftəlik” tarifi üzrə 3.90 AZN-lik abunə haqqını ödəməklə nömrə tarifin istifadə müddəti ərzində (7 gün) ikitərəfli aktiv qalacaq.

Digər tarif paketinə keçid öncəki tarif və bonusları ləğv edəcək.

Qiymətlərə ƏDV daxildir