get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

İnternet paketi haqqında məlumat

İnternet data

  • Paketə daxil olan İnternet data həcmi 2 GB
~4 saat

Video zəng

~21 saat

Sosial şəbəkələr

~200 saat

Musiqi

Qiymət

  • Fakturasız və fakturalı abunəçilər üçün 4

İstifadə müddəti

  • İnternet paketin istifadə müddəti 7 gün

*Qeyd: Yuxarıda qeyd edilən internetdən istifadə saatları simvolik məna daşıyır və yalnız göstərilən fəaliyyətin 1-i üçün istifadə edilə bilər.

Əlavə məlumat

İnternet paketlərinə abunə olmaq üçün 3 üsul təqdim edilir: 

SMS vasitəsilə

20 yazıb 2525-ə SMS göndərmək kifayət edir.

Fakturasız abunəçilər üçün 2525-ə göndərilən SMS-lər PULSUZDUR.

Fakturalı abunəçilər üçün 2525-ə göndərilən SMS-in qiyməti 0.01 AZN təşkil edir.

USSD kod vasitəsilə

*100*2000#YES yığmaq kifayətdir.

"Azercell" tətbiqi vasitəsilə

"Azercell" tətbiqində istənilən internet paketini sifariş etmək olar. *110# kodunu yığaraq tətbiqi yükləmək üçün birbaşa keçid linkini əldə edəcəksiniz.

1 həftəlik internet paketini deaktiv etmək üçün Fakturasız və Fakturalı xətt abunəçiləri stop hefte yazıb 2525 nömrəsinə göndərməli və yaxud *100*0#YES yığmalıdırlar. Belə olduğu halda, paket dərhal ləğv edilir. 1 həftəlik paketə abunə ləğv edildikdə qalıq internet balansı tamamilə sıfırlanır və internetdən istifadə haqqı mövcud tarif paketinə müvafiq hesablanır.

1 həftəlik internet paketinin avtomatik yenilənməsini ləğv etmək üçün *100*00#YES yığmaq kifayət edir.

İnternetə giriş tarif paketinin qüvvədəolma müddətinin və ya faktura dövrünün sonunda deaktiv ediləcəkdir. Yeni internet paketini aktivləşdirmək üçün abunəçi internet.azercell.com səhifəsinə yönləndiriləcək. Bu xidmətin əsas üstünlüyü odur ki, internet balansını tam istifadə etdikdən sonra yenilənmə avtomatik olaraq baş verir. Belə hallarda abunəçi mobil internetdən istifadəyə davam etmək üçün yükləmə səhifəsinə yönləndirilir.

Bu səhifəyə keçdikdən sonra abunəçi təqdim edilən 3 seçim imkanından faydalana bilər:

  1. Mövcud internet paketini yeniləmək;
  2. Daha böyük həcmdə internet paketini sifariş etmək;
  3. İnternetdən paketsiz istifadə etmək (1MB=0.05 AZN tarifi ilə).

İnternet paketi olmadıqda internetdən istifadə GəncSim və Azercellim abunəçiləri üçün 1MB=0.20 AZN, digər abunəçilər üçün isə 1 MB=0.40 AZN tarifi ilə hesablanır.

50GB-lıq internet paketi daxilində təqdim olunan trafik bitdikdə abunəçi növbəti yenilənməyə qədər internetdən pulsuz yararlana bilər və internetin maksimal sürəti isə 128 kbit/s təşkil edəcək.

Abunəçilər eyni gündə bir neçə internet paketini sifariş etməkdə sərbəstdirlər.

Abunəçi cari internet paketinin həcmindən daha az həcmli internet paketini sifariş etmək istədikdə mövcud paketdəki internet trafikinin ən azı 95%-ni istifadə etməlidir.

03.04.2019-cu il tarixindən etibarən mövcud internet paketindən daha böyük həcmli internet paketinin sifariş edilməsinə heç bir məhdudiyyət qoyulmur.

Cari balans statusu haqqında ətraflı məlumat əldə etmək üçün 2525-ə boş SMS  göndərmək və yaxud *100#YES yığmaq lazımdır.

Bu xidmət fakturasız xətt abunəçiləri üçün pulsuzdur. Fakturalı xətt abunəçiləri üçün isə xidmət haqqı 0.01 AZN təşkil edir.

İnternet paketi sorğu qəbul edildikdən dərhal sonra aktivləşdirilir. Bu qayda həm fakturasız, həm də fakturalı xətt abunəçiləri üçün keçərlidir.
İnternet paketindən istifadə etməmişdən öncə onun aktivləşdirildiyini təsdiq edən SMS-bildiriş göndəriləcək. Bundan sonra internet paketdən rahatlıqla istifafə etmək olar.
Mobil internetdən rominq zamanı rahatlıqla istifadə etmək mümkündür. İnternetdən istifadə üçün xidmət haqqı isə rominq tariflərinə müvafiq hesablanacaq.

Həftəlik data paketlərindən istifadə zamanı internetin sürətinə limit qoyulmur və abunəçi şəbəkənin ən maksimal sürətindən faydalana bilir.

Qaynar nöqtə (hotspot) vasitəsilə trafikin paylaşılması zamanı əlavə qoşulan nömrələr müvafiq mənbələrdən həftəlik İnternet Paketi sifariş edərsə, xidmət haqqı interneti paylaşan nömrənin balansından çıxılacaq. Həftəlik internet paketi isə əsas nömrədə aktiv olacaq.

İnternet ayarları (9595)

Avtomatik telefon konfiqurasiyaları üçün:

  • Avtomatik telefon konfiqurasiyalarını almaq üçün 9595-ə boş SMS göndərmək lazımdır (bu nömrəyə göndərilən hər SMS-in qiyməti 0.01 AZN-dir).
  • Cavab olaraq sistem tərəfindən ilk öncə məlumat xarakterli mesaj və 20 dəqiqə ərzində müvafiq ayarlar göndərilir. Ekranda görünən ayarlar cihazın yaddaşında saxlanılmalıdır.
  • Yeni ayarları quraşdırmaq və internetə girişi bərpa etmək üçün telefonu söndürüb yenidən yandırmaq lazımdır.

İnternet ayarlarını menyu üzərindən də quraşdırmaq olar. Cihazın növündən asılı olaraq ayarlar aşağıdakı qaydada quraşdırılmalıdır:

Android telefonları üçün:

Ayarlar:

> Digər ayarlar (Digər şəbəkələr, Daha çox)

> Mobil şəbəkələr

> Giriş Nöqtəsinin Adları

> Yeni APN

> Ad: “Azercell Internet”, APN: “Internet” yazılmalıdır

 ‘Yadda Saxla’ düyməsinə basılmalıdır.

Android planşetləri üçün:

Ayarlar:

> Daha çox parametrlər

> Mobil şəbəkələr

> Giriş Nöqtəsinin Adları

> Yeni APN yaradılmalıdır

Ad: Azercell internet

APN: internet

APN növü: default, hipri/default supl/default

Konfiqurasiyalar cihazın yaddaşında saxlanıldıqdan sonra Azercell interneti və Mobil şəbəkələr aktiv edilməlidir.

iOS cihazları üçün:

Ayarlar:

> Mobil şəbəkə

> Mobil məlumatlar şəbəkəsi

> Apn: “Internet” yazılmalıdır

Cihaz yenidən söndürülüb yandırılmalıdır.

Xiaomi telefonları üçün:

Ayarlar:

> Sim kart və Mobil şəbəkələr

> Sim kart ayarları

> Azercell

> Giriş Nöqtəsinin Adları

> Yeni APN-də, ad sahəsində “Azercell”  və APN sahəsində “Internet” yazılmalıdır

Azercell SİM Kartının hansı bölmədə olduğu yoxlanılmalıdır. Daha sonra Sim İdarəedicisi > Məlumat xidmət şəbəkəsi bölümünə daxil olub, nömrənin yerləşdiyi SIM kart seçilməlidir.