get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

İnternet paketi haqqında məlumat

Qiymət

  • Fakturasız və fakturalı abunəçilər üçün 0.50
Limitsiz internet

1 saat

Sənə uyğun tarif təklifimiz

GəncOL

Həyatını internetsiz təsəvvür edə bilmirsən?

  • icon
750 MB

İnternet

75 dəq.

Tarifdaxili

750 MB

Azercell tətbiqləri

Yazışma

Qoşulmaq üçün "G2" yazıb 7575-ə göndər

Daha ətraflı
3 GB

İnternet

300 dəq.

Tarifdaxili

3 GB

Azercell tətbiqləri

Yazışma

Qoşulmaq üçün "G6" yazıb 7575-ə göndər

Daha ətraflı
6 GB

İnternet

600 dəq.

Tarifdaxili

6 GB

Azercell tətbiqləri

Yazışma

Qoşulmaq üçün "G9" yazıb 7575-ə göndər

Daha ətraflı

Əlavə məlumat

Limitsiz 1 saat internet paketinə abunə olmaq üçün Azercell üç asan üsul təklif edir: 

SMS vasitəsilə abunəlik

1 saatlıq internet paketi üçün “S” yazıb SMS vasitəsilə 2525-ə göndər.

Fakturasız xətt (SimSim) abunəçiləri üçün 2525 nömrəsinə göndərilən SMS-lər pulsuzdur.

Fakturalı xətt abunəçiləri üçün 2525 nömrəsinə göndərilən hər bir SMS üçün xidmət haqqı 0.01 AZN təşkil edir.

USSD kod vasitəsilə abunəlik

1 saatlıq internet paketi üçün *100*060#YES kodunu yığ.

Kabinetim vasitəsilə abunəlik

İnternet paketini “Kabinetim” mobil tətbiqində də aktivləşdirmək mümkündür. *110# kodunu yığ və “Kabinetim” tətbiqini yükləmək (Android və iOS cihazlar) üçün birbaşa keçid linki əldə et.

 

İstifadəçilər saniyədə 2 Mbit-ə qədər sürət əldə edirlər.
Eyni vaxtda bir neçə internet paketindən istifadə etmək mümkün deyil.

1 saatlıq internet paketinin istifadə müddətinin sonunda internetin sürəti növbəti 15 dəqiqə üçün 64 kbps-ə azaldılır və qeyd edilən 15 dəqiqə ərzində yaranan trafikə görə ödəniş tutulmur. 

İnternetdən paketsiz istifadə isə cari tarifə müvafiq hesablanır.

Korporativ abunəçilər 6 saatlıq internet paketi istisna olmaqla digər paketləri aktivləşdirə bilər.

19.10.2019-cu il tarixindən etibarən, 1 saat limitsiz internet paketi üçün xidmət haqqı 0.50 AZN təşkil edir.

Bütün qiymətlərə ƏDV daxildir və həm fakturasız, həm də fakturalı xətt abunəçiləri üçün nəzərdə tutulmuşdur.

İnternet Ayarları (9595)

Avtomatik telefon konfiqurasiyaları üçün:

  • Avtomatik telefon konfiqurasiyalarını almaq üçün 9595-ə boş SMS göndərmək lazımdır (bu nömrəyə göndərilən hər SMS-in qiyməti 0.01 AZN-dir).
  • Cavab olaraq sistem tərəfindən ilk öncə məlumat xarakterli mesaj və 20 dəqiqə ərzində müvafiq ayarlar göndərilir. Ekranda görünən ayarlar cihazın yaddaşında saxlanılmalıdır.
  • Yeni ayarları quraşdırmaq və internetə girişi bərpa etmək üçün telefonu söndürüb yenidən yandırmaq lazımdır.

İnternet ayarlarını menyu üzərindən də quraşdırmaq olar. Cihazın növündən asılı olaraq ayarlar aşağıdakı qaydada quraşdırılmalıdır:

Android telefonları üçün:

Ayarlar:

> Digər ayarlar (Digər şəbəkələr, Daha çox)

> Mobil şəbəkələr

> Giriş Nöqtəsinin Adları

> Yeni APN

> Ad: “Azercell Internet”, APN: “Internet” yazılmalıdır

 ‘Yadda Saxla’ düyməsinə basılmalıdır.

Android planşetləri üçün:

Ayarlar:

> Daha çox parametrlər

> Mobil şəbəkələr

> Giriş Nöqtəsinin Adları

> Yeni APN yaradılmalıdır

Ad: Azercell internet

APN: internet

APN növü: default, hipri/default supl/default

Konfiqurasiyalar cihazın yaddaşında saxlanıldıqdan sonra Azercell interneti və Mobil şəbəkələr aktiv edilməlidir.

iOS cihazları üçün:

Ayarlar:

> Mobil şəbəkə

> Mobil məlumatlar şəbəkəsi

> Apn: “Internet” yazılmalıdır

Cihaz yenidən söndürülüb yandırılmalıdır.

Xiaomi telefonları üçün:

Ayarlar:

> Sim kart və Mobil şəbəkələr

> Sim kart ayarları

> Azercell

> Giriş Nöqtəsinin Adları

> Yeni APN-də, ad sahəsində “Azercell”  və APN sahəsində “Internet” yazılmalıdır

Azercell SİM Kartının hansı bölmədə olduğu yoxlanılmalıdır. Daha sonra Sim İdarəedicisi > Məlumat xidmət şəbəkəsi bölümünə daxil olub, nömrənin yerləşdiyi SIM kart seçilməlidir.