get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Qeyd:

15.04.2022-ci il tarixindən etibarən, günlük “500MB+” paketinə yeni qoşulmalar dayandırıb. Həmin paketə 15.04.2022-ci il tarixinə kimi qoşulan abunəçilər, müvafiq paketi deaktiv etmədikləri təqdirdə istifadəyə davam edə biləcəklər.

İnternet paketi haqqında məlumat

İnternet data

  • Paketə daxil olan İnternet data həcmi 500 MB
~1.5 saat

Video zəng

~8 saat

Sosial şəbəkələr

~24 saat

Mesajlaşma

Qiymət

  • Fakturasız və fakturalı abunəçilər üçün 1.20

İstifadə müddəti

  • İnternet paketin istifadə müddəti 24 saat avto-yeniləmə ilə

Sənə uyğun tarif təklifimiz

GəncOL

Gəncliyin dadını çıxar!

  • icon
6 GB

İnternet

600 dəq.

Tarifdaxili

Yazışma

Qoşulmaq üçün "G9" yazıb 7575-ə göndər

Daha ətraflı
3 GB

İnternet

300 dəq.

Tarifdaxili

Yazışma

Qoşulmaq üçün "G6" yazıb 7575-ə göndər

Daha ətraflı
1 GB

İnternet

100 dəq.

Tarifdaxili

Yazışma

Qoşulmaq üçün "G2" yazıb 7575-ə göndər

Daha ətraflı

*Qeyd: Yuxarıda qeyd edilən internetdən istifadə saatları simvolik məna daşıyır və yalnız göstərilən fəaliyyətin 1-i üçün istifadə edilə bilər.

Əlavə məlumat

Cari balans statusu haqqında ətraflı məlumat əldə etmək üçün 2525-ə boş SMS  göndərmək, ya da telefonda *100# YES kodunu yığmaq lazımdır.

Bu xidmət fakturasız xətt abunəçiləri üçün PULSUZ təqdim olunur, fakturalı xətt  abunəçiləri üçün isə 0.01 AZN-dir.

Fakturalı xətt abunəçiləri üçün balans yoxlama yalnız növbəti hesablaşma dövründən mümkündür.

İnternet paketindən istifadə etməmişdən öncə onun aktivləşdirildiyini təsdiq edən SMS-bildiriş göndəriləcək. Bundan sonra internet paketdən rahatlıqla istifafə etmək olar.

İnternetə giriş tarif paketinin qüvvədə olma müddətinin və ya faktura dövrünün sonunda deaktiv ediləcəkdir. Yeni internet paketini aktivləşdirmək üçün abunəçi internet.azercell.com səhifəsinə yönləndiriləcək. Bu xidmətin əsas üstünlüyü, İnternet data balansını tam istifadə etdikdən sonra avtomatik yenilənmənin rahat olmasıdır. Belə hallarda abunəçi mobil internetdən istifadəyə davam etmək üçün yükləmə səhifəsinə yönəldilir.

Bu səhifəyə keçiddən sonra abunəçi bir 3 seçim imkanından faydalana bilər:

1. Mövcud internet paketini yeniləmək

2. Daha yüksək həcmli internet paketi sifariş etmək

3. İnternetdən paketsiz istifadə etmək (1MB=0.05AZN tarifi ilə)

İnternet paketi olmadıqda GəncSim,Azercellim abunəçiləri üçün 1MB=0.20 AZN, digər abunəçilər üçün 1 MB =0.40 AZN hesablama aparılır.

50GB İnternet paketi daxilində təqdim olunan trafik bitdikdə abunəçi növbəti yeniləməyə qədər İnternetdən pulsuz istifadə edə bilər və istifadə ediləcək pulsuz İnternet trafikin maksimal sürəti 128 kb/s-dək olacaq.

Bütün internet paketlərinin istifadə müddəti günün/ayın sonunda bitir (internet paketə müvafiq olaraq) və növbəti günə/aya keçirilə bilməz.

Abunəçilər eyni gündə bir neçə internet paketini sifariş etməkdə sərbəstdirlər. 

Abunəçi cari internet paketinin həcmindən daha az həcmli internet paketini sifariş etmək istədikdə mövcud paketdəki internet trafikinin ən azı 95%-ni istifadə etməlidir.

03.04.2019-cu il tarixindən etibarən mövcud internet paketindən daha böyük həcmli internet paketinin sifariş edilməsinə heç bir məhdudiyyət qoyulmur.

Mobil internetdən rominq zamanı rahatlıqla istifadə etmək mümkündür. İnternetdən istifadə üçün xidmət haqqı isə rominq tariflərinə müvafiq hesablanacaq.

Korporativ abunəçilər aşağıda göstərilən internet paketlərini əldə edə bilməzlər:

  •       1 saatlıq
  •       3 saatlıq
  •       Gündəlik paket
  •       Gecə paketi
  •       Gündəlik yenilənən paket (100 MB)
  •   Gündəlik yenilənən paket (500 MB)

Bu baş verdiyi halda cari paket sistem tərəfindən növbəti gün yenilənir. Paketi yeniləmək üçün balansda kifayət qədər məbləğ olmadığı təqdirdə sistem 90 gündən sonra paketi yeniləmək üçün cəhd göstərir. Bu dəfə də balansda kifayət qədər məbləğ olmadıqda, abunəlik ləğv edilir.

Cari faktura dövründə bir internet paketi sifariş edən Fakturalı xətt abunəçiləri üçün abunəlik haqqı növbəti faktura dövründə hesablanacaq. Əgər faktura dövrü 30 gündən çox olarsa, növbəti qaimə özündə həm cari, həm də növbəti ayların internet paketləri üçün ödənişləri əks etdirə bilər.

4G (LTE) şəbəkəsinin əhatə dairəsi daxilində ideal şəraitdə abunəçilər aşağıdakıları əldə edəcəklər:

  • Yükləmə(download): 190 Mbps
  • Ötürmə(upload): 95 Mbps

4G (LTE) şəbəkəsinin əhatə dairəsi daxilində normal şəraitdə abunəçilər aşağıdakıları əldə edəcəklər:

  • Yükləmə(download): 27.8 Mbps
  • Ötürmə(upload): 18.5 Mbps

3G şəbəkəsinin əhatə dairəsi daxilində ideal şəraitdə abunəçilər aşağıdakıları əldə edəcəklər:

  • Yükləmə(download): 21.6 Mbps

500MB-lıq internet paketini deaktiv üçün STOP GUN yazıb SMS vasitəsilə 2525-ə göndərmək kifayətdir.

Fakturasız xətt abunəçiləri üçün xidmət pulsuzdur. Fakturalı xətt abunəçiləri üçün 2525 nömrəsinə göndərilən hər bir SMS üçün xidmət haqqı 0.01 AZN təşkil edir.

Paket ləğv edildikdə qalıq internet tam sıfırlanır.

İnternetdən paketsiz istifadə isə cari tarifə müvafiq hesablanır.

Paket ləğv edildiyi zaman onun aktivləşdirilməsi üçün edilən ödəniş geri qaytarılmır.