Video zəng
Sosial şəbəkələr
Mesajlaşma
*Qeyd: Yuxarıda qeyd edilən internetdən istifadə saatları simvolik məna daşıyır və yalnız göstərilən fəaliyyətin 1-i üçün istifadə edilə bilər.
Günlük 1000MB internet paketini 3 yolla aktivləşdirmək olar:
Fakturasız abunəçilər üçün 2525-ə göndərilən SMS-lər PULSUZDUR.
Fakturalı abunəçilər üçün 2525-ə göndərilən SMS-in qiyməti 0.01 AZN təşkil edir.
Cari balans statusu haqqında ətraflı məlumat əldə etmək üçün 2525-ə boş SMS göndərmək, ya da telefonda *100# YES kodunu yığmaq lazımdır.
Bu xidmət fakturasız xətt abunəçiləri üçün PULSUZ təqdim olunur, fakturalı xətt abunəçiləri üçün isə 0.01 AZN-dir.
Fakturalı xətt abunəçiləri üçün balans yoxlama yalnız növbəti hesablaşma dövründən mümkündür.
İnternet paketindən istifadə etməmişdən öncə onun aktivləşdirildiyini təsdiq edən SMS-bildiriş göndəriləcək. Bundan sonra internet paketdən rahatlıqla istifafə etmək olar.
İnternetə giriş tarif paketinin qüvvədə olma müddətinin və ya faktura dövrünün sonunda deaktiv ediləcəkdir. Yeni internet paketini aktivləşdirmək üçün abunəçi internet.azercell.com səhifəsinə yönləndiriləcək. Bu xidmətin əsas üstünlüyü, İnternet data balansını tam istifadə etdikdən sonra avtomatik yenilənmənin rahat olmasıdır. Belə hallarda abunəçi mobil internetdən istifadəyə davam etmək üçün yükləmə səhifəsinə yönəldilir.
Bu səhifəyə keçiddən sonra abunəçi bir 3 seçim imkanından faydalana bilər:
1. Mövcud internet paketini yeniləmək
2. Daha yüksək həcmli internet paketi sifariş etmək
3. İnternetdən paketsiz istifadə etmək (1MB=0.05AZN tarifi ilə)
İnternet paketi olmadıqda GəncSim,Azercellim abunəçiləri üçün 1MB=0.20 AZN, digər abunəçilər üçün 1 MB =0.40 AZN hesablama aparılır.
50GB İnternet paketi daxilində təqdim olunan trafik bitdikdə abunəçi növbəti yeniləməyə qədər İnternetdən pulsuz istifadə edə bilər və istifadə ediləcək pulsuz İnternet trafikin maksimal sürəti 128 kb/s-dək olacaq.
Bütün internet paketlərinin istifadə müddəti günün/ayın sonunda bitir (internet paketə müvafiq olaraq) və növbəti günə/aya keçirilə bilməz.
Abunəçilər eyni gündə bir neçə internet paketini sifariş etməkdə sərbəstdirlər.
Abunəçi cari internet paketinin həcmindən daha az həcmli internet paketini sifariş etmək istədikdə mövcud paketdəki internet trafikinin ən azı 95%-ni istifadə etməlidir.
03.04.2019-cu il tarixindən etibarən mövcud internet paketindən daha böyük həcmli internet paketinin sifariş edilməsinə heç bir məhdudiyyət qoyulmur.
Mobil internetdən rominq zamanı rahatlıqla istifadə etmək mümkündür. İnternetdən istifadə üçün xidmət haqqı isə rominq tariflərinə müvafiq hesablanacaq.
Korporativ abunəçilər aşağıda göstərilən internet paketlərini əldə edə bilməzlər:
Cari faktura dövründə bir internet paketi sifariş edən Fakturalı xətt abunəçiləri üçün abunəlik haqqı növbəti faktura dövründə hesablanacaq. Əgər faktura dövrü 30 gündən çox olarsa, növbəti qaimə özündə həm cari, həm də növbəti ayların internet paketləri üçün ödənişləri əks etdirə bilər.
4G (LTE) şəbəkəsinin əhatə dairəsi daxilində ideal şəraitdə abunəçilər aşağıdakıları əldə edəcəklər:
4G (LTE) şəbəkəsinin əhatə dairəsi daxilində normal şəraitdə abunəçilər aşağıdakıları əldə edəcəklər:
3G şəbəkəsinin əhatə dairəsi daxilində ideal şəraitdə abunəçilər aşağıdakıları əldə edəcəklər:
1000MB-lıq internet paketini deaktiv etmək üçün STOP GUN yazıb SMS vasitəsilə 2525-ə göndərmək kifayətdir. İnternetdən paketsiz istifadə isə cari tarifə müvafiq hesablanır.
Fakturasız xətt abunəçiləri üçün xidmət pulsuzdur. Fakturalı xətt abunəçiləri üçün 2525 nömrəsinə göndərilən hər bir SMS üçün xidmət haqqı 0.01 AZN təşkil edir.
Paket ləğv edildikdə qalıq internet tam sıfırlanır.
İnternetdən paketsiz istifadə isə cari tarifə müvafiq hesablanır.
Paket ləğv edildiyi zaman onun aktivləşdirilməsi üçün edilən ödəniş geri qaytarılmır.
Qaynar nöqtə (hotspot) vasitəsilə trafikin paylaşılması zamanı əlavə qoşulan nömrələr müvafiq mənbələrdən internet paketi sifariş edərsə, xidmət haqqı interneti paylaşan nömrənin balansından çıxılacaq. İnternet paketi isə əsas nömrədə aktiv olacaq.
Bu baş verdiyi halda cari paket sistem tərəfindən növbəti gün yenilənir. Paketi yeniləmək üçün balansda kifayət qədər məbləğ olmadığı təqdirdə sistem 90 gündən sonra paketi yeniləmək üçün cəhd göstərir. Bu dəfə də balansda kifayət qədər məbləğ olmadıqda, abunəlik ləğv edilir.
Avtomatik telefon konfiqurasiyaları üçün:
İnternet ayarlarını menyu üzərindən də quraşdırmaq olar. Cihazın növündən asılı olaraq ayarlar aşağıdakı qaydada quraşdırılmalıdır:
Android telefonları üçün:
Ayarlar:
> Digər ayarlar (Digər şəbəkələr, Daha çox)
> Mobil şəbəkələr
> Giriş Nöqtəsinin Adları
> Yeni APN
> Ad: “Azercell Internet”, APN: “Internet” yazılmalıdır
‘Yadda Saxla’ düyməsinə basılmalıdır.
Android planşetləri üçün:
Ayarlar:
> Daha çox parametrlər
> Mobil şəbəkələr
> Giriş Nöqtəsinin Adları
> Yeni APN yaradılmalıdır
Ad: Azercell internet
APN: internet
APN növü: default, hipri/default supl/default
Konfiqurasiyalar cihazın yaddaşında saxlanıldıqdan sonra Azercell interneti və Mobil şəbəkələr aktiv edilməlidir.
iOS cihazları üçün:
Ayarlar:
> Mobil şəbəkə
> Mobil məlumatlar şəbəkəsi
> Apn: “Internet” yazılmalıdır
Cihaz yenidən söndürülüb yandırılmalıdır.
Xiaomi telefonları üçün:
Ayarlar:
> Sim kart və Mobil şəbəkələr
> Sim kart ayarları
> Azercell
> Giriş Nöqtəsinin Adları
> Yeni APN-də, ad sahəsində “Azercell” və APN sahəsində “Internet” yazılmalıdır
Azercell SİM Kartının hansı bölmədə olduğu yoxlanılmalıdır. Daha sonra Sim İdarəedicisi > Məlumat xidmət şəbəkəsi bölümünə daxil olub, nömrənin yerləşdiyi SIM kart seçilməlidir.