get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Azercell 5G

Sənə yaxın gələcək!

Azercell 5G

5G nədir?

5G – V nəsil yeni internet texnologiyasıdır.

Bu texnologiya istifadəçiləri super sürətli, daha etibarlı və kəsintisiz internetlə təmin edir.

5G ilə izlənilən filmlər, yüklənilən irihəcmli fayllar, sosial şəbəkələrdə edilən paylaşımlar, oynanılan oyunlar, bir sözlə internetlə bağlı hər bir şey daha sürətli olacaq!

Həmçinin 5G şəbəkəsi ilə ağıllı şəhərlər və sürücüsüz avtomobillər də xidmətimizdə olacaq!

5G-nin üstünlükləri

Ultrayüksəksürətli internet

5G şəbəkəsi yüksəksürətli internetdən daha da sürətli internet vəd edir. 4G ilə bir neçə dəqiqəyə edilən yükləmələri 5G ilə artıq bir neçə saniyəyə etmək mümkün olacaq.

Eyni anda daha böyük həcm

On minlərlə insanın iştirak etdiyi tədbirlərdə kəsintisiz və super sürətli interneti təcrübədən keçirmək mümkün olacaq.

Real zamanda internet

Canlı yayımlar və internet zənglərində tez-tez rast gəlinən kəsintilər tamamilə aradan qaldırılacaq.

5G ilə gələcəyə hazır ol!

5G-nin imkanları genişdir. O, səhiyyə, nəqliyyat, kənd təsərrüfatı, ictimai təhlükəsizlik və bir çox digər sahələrin inkişafına təkan verəcək.

5G-yə necə qoşulmaq olar?

Azercell hal-hazırda Bakıda Fəvvarələr Meydanı ərazisində beşinci nəsil internet texnologiyasını test rejimində istifadə üçün təqdim edir!

5G dəstəkli Samsung, Apple, Huawei, Honor, Xiaomi, OnePlus və Poco smartfonlarının sahibləri Fəvvarələr Meydanında yeni texnologiyanı sınaqdan keçirə bilərlər.

Azercell-in 5G şəbəkəsinə aylıq internet paketlərinin istifadəçiləri, Fakturasız (SərbəstGəncOL, İstəSən tariflərinin abunəçiləri) və Fakturalı xətt abunəçiləri (Sərbəst, Yeni hər yerə, Hədsiz İnternet, HədsizMediacell tariflərinin abunəçiləri) smartfonda *595#YES kodunu yığmaqla qoşula bilərlər.

Şəbəkəyə qoşulmaq pulsuzdur. Əgər istifadəçi 5G şəbəkəsinin əhatə dairəsindədirsə, bu zaman o, 1 saat ərzində cari internet balansını istifadə edərək yüksəksürətli 5G sürətindən yararlana biləcək. 1 saat bitdikdən sonra abunəçi internetdən istifadəni adi sürət ilə davam etdirə bilər. Abunəçi 5G sürətini növbəti 1 saat üçün yenidən eyni qayda ilə əldə etmək imkanına malikdir.

5G nə qədər sürətlidir?

2G 3G 4G 5G
Orta yükləmə sürəti 0.1Mbit/s 8Mbit/s 60-90Mbit/s 150-200Mbit/s
Gecikmə 500ms(0.5 saniyə) 100ms(0.1 saniyə) 50ms(0.05 saniyə) 1ms(0.001 saniyə)

5G-nin sınaq kampaniyası

Azercell 31 dekabr 2023-cü il tarixinədək 5G şəbəkəsini sınayan abunəçilərinə 5GB həcmində internet paketini (30 günlük) hədiyyə edəcək.

5G şəbəkəsinə ilk qoşulma zamanı ən azı 10MB internet istifadə edən abunəçilərə (aylıq internet paketlərinin istifadəçiləri, Fakturasız (Sərbəst, GəncOL, İstəSən tariflərinin abunəçiləri) və Fakturalı xətt abunəçiləri (Sərbəst, Yeni hər yerə, Hədsiz İnternet, HədsizMediacell tariflərinin abunəçiləri) istifadədən sonra növbəti 48 saat (şənbə, bazar, bayram və milli matəm günləri istisna olmaqla) ərzində hədiyyə internet paketi təqdim olunacaq. 5GB-lıq internet paketi bütün şəbəkələrdə (Azercell 5G, 4G, 3G) istifadə üçün keçərlidir.

Hədiyyə paketi yalnız 1 dəfə təqdim olunur. 

Əlavə məlumat

Hal-hazırda Samsung, Huawei,Honor, Xiaomi, OnePlus, Poco və Apple smartfonları Azercell-in 5G şəbəkəsində aktivdir.

Qeyd. Yalnız iOS 16.4-ə malik və buraxılış modeli 12-dən yuxarı olan iPhone və proqram təminatının ən son versiyasına kimi yenilənən Samsung Galaxy S22 (SM-S901B/DS), Samsung Galaxy S22 Plus (SM-S906B/DS), Samsung Galaxy S22 Ultra (SM-S908B/DS) smartfonları 5G şəbəkəsindən istifadə üçün yararlıdır. 

 

5G şəbəkəsindən faydalanmaq üçün 5G-ni dəstəkləyən mobil telefonun və yeni nəsil LTE texnologiyası ilə işləyən USIM kartının olması əsas şərtlərdəndir. Bundan əlavə şəbəkəyə qoşulmaq üçün aylıq internet paketinə və ya daxilində internet trafiki olan seçilmiş tariflərdən birinə abunə olmaq mütləqdir.

Azercell abunəçiləri 5G sürətindən istifadə etmək üçün əlavə heç bir əlavə ödəniş etmir. 5G şəbəkəsi daha bahalı və ya daha ucuz deyil, sadəcə daha sürətlidir.

5G şəbəkəsinin sürətini mobil internet aktiv edib linkə keçid etməklə testdən keçirmək mümkündür.

5G xidmətinin əhatə dairəsi barədə məlumatı linkə keçid etməklə əldə etmək olar.

Qeyd: 5G əhatə dairəsinin müəyyən sahələrində şəbəkənin optimallaşdırılması səbəbindən şəbəkənin tutum qabiliyyəti zəyif ola bilər.