get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Xüsusi təkliflər

SuperSən 1GB

Super sərfəli tarif!

images

Tarif İnternet Danışıq Qiyməti İstifadə müddəti
SuperSən 1GB

100 dəq.

6 AZN

30 gün

Əlavə məlumat

“SuperSən 1GB” tarif paketinə istənilən yeni Fakturasız xətt abunəçiləri qoşula bilərlər.

Tarifi Azercell-in rəsmi satış və xidmət mərkəzlərində yeni nömrə əldə etməklə aktivləşdirmək mümkündür. Paketi yeniləmək üçün 7575-ə SS1 göndərmək və ya *750*4*101#YES yığmaq kifayətdir.

 

Tarif 30 gün ərzində etibarlıdır və bu müddətin sonunda balansda kifayət qədər vəsait olarsa, tarif paketi avtomatik olaraq yenilənəcək. Əgər balansda lazımi qədər vəsait yoxdursa, sistem balansda kifayət qədər pul olana qədər tarifi yeniləməyə çalışacaq.

“SuperSən” tarifi çərçivəsində WhatsApp və Facebook Messenger tətbiqlərində yazışma üçün 1GB-dək trafik təqdim edilir. Mesajlaşma üçün təqdim olunan trafik bitdikdə istifadəçi balansında mövcud olan digər internet resurslarından istifadə edə biləcək. Əgər balansda başqa internet resursları yoxdursa, pulsuz yazışmaq mümkün olmayacaq.

“SuperSən 1GB” tarifini aktiv etdikdə abunə haqqı balansdan silinir və balansa tarif bonusları əlavə edilir. Bonuslar 30 gün ərzində etibarlıdır. İstifadə müddəti bitdikdən sonra mövcud bonuslar növbəti aya keçirilmir və sıfırlanır.

Paketi yeniləmək üçün 7575-ə SS1 göndərmək və ya *750*4*101#YES yığmaq lazımdır.

Paket bir ay müddətinə və gündə bir dəfədən çox olmamaq şərtilə 24 saat ərzində yenilənə bilər.

2112 qısa nömrəsinə boş SMS göndərməklə (SMS-in qiyməti 0.02 AZN-dir) bonuslar haqqında məlumat əldə etmək mümkündür.

“SuperSən 1GB” tarifi çərçivəsində bonuslar tükənib, lakin paketin istifadə müddəti hələ bitməyibsə, ölkədaxili zənglər üçün 1 dəqiqənin qiyməti 0.06 AZN təşkil edəcək.

Balansda növbəti aylıq abunə üçün kifayət qədər vəsait olmadıqda (həmçinin digər internet paketləri olmadıqda) xidmətin dəyəri:

  • 1 zəngin (şəbəkədaxili/şəbəkəxarici) dəqiqəsi 0.08 AZN təşkil edir.
  • 1MB = 0.05 AZN
  • 1 SMS = 0.05 AZN

“SuperSən 1GB” tarifinin abunəçiləri istənilən aylıq, günlük, saatlıq və limitsiz paketlərdən istifadə edə bilərlər. Tarif dəyişdirilərkən mövcud internet paketi və paket daxilində trafik resursları aktiv olaraq qalır.

Paketi yeniləmək üçün 7575-ə SS1 göndərmək və ya *750*4*101#YES yığmaq lazımdır.

Tarif çərçivəsində paketdaxili internet bonusları bitdikdə abunəçi xüsusi keçid səhifəsinə yönləndirilir. O, burada internet paketini aktivləşdirə və ya paketsiz istifadəni seçə bilər.

1 MB=0.05 AZN. İnternetin hesablanma intervalı 51KB təşkil edir.

İstifadədə üstünlük 55GB istisna olmaqla, qalan bütün hallarda internet paketlərinə veriləcək.

Zəngin hesablanma intervalı 60 saniyədir.

“SuperSən” tarif paketindən digərinə keçid zamanı mövcud paketin bonusları ləğv edilir.

Tarifdaxili bonus dəqiqələri rouminq, beynəlxalq zənglər, xüsusi kodlu (* ilə yığın) və qısa nömrələr üçün istifadə edilə bilməz. Həmçinin “Zəngimi ödə” xidməti çərçivəsində abunəçinin telefonuna zəng olunarsa, müvafiq vəsait tarif daxilində təqdim edilən dəqiqələrdən deyil, balansdan çıxarılacaq.

7575 nömrəsinə göndərilən hər sorğu üçün balansdan 0.01 AZN silinir.

1 SMS-in qiyməti 0.05 AZN təşkil edir.

Bonuslar “SuperSən” tarifinə uğurla qoşulduqdan və ya tarif yeniləndikdən dərhal sonra balansa köçürülür. Tarif çərçivəsində təqdim olunan internet bonusları və dəqiqələr müxtəlif vaxtlarda uzadıla bilər.

Prioritet əvvəlcə yazışma üçün nəzərdə tutulan trafikə, daha sonra isə tarifin əsas paketinə verilir. Əsas paketin resursları tükəndikdən sonra və aktiv internet paketi olmadıqda abunəçi keçidləri olan xüsusi səhifəyə yönləndirilir.