Siz gələ bilmirsiniz? Biz Sizə gələrik!
"Azercell Səyyar Satış və Xidmətlər" servisini təqdim edir. Bu xidmət Azercell dükanlarına gəlmək imkanı olmayan müştərilərə Azercell xidmətlərindən arzu etdikləri ünvanda yararlanmaq imkanı yaradır.
Xidmət çərçivəsində Azercell-in təcrübəli mütəxəssisləri müştərinin sifariş etdiyi ünvana yaxınlaşaraq müvafiq satış və xidmət əməliyyatlarını yerində icra edirlər.
Sifariş necə edilir?
Müştərilər Azercell Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq "Səyyar Satış və Xidmətlər" servisini sifariş edə bilərlər.
Sifariş qeydiyyata alındıqdan sonra növbəti 1-2 iş günü ərzində müştəri ilə əlaqə saxlanılır, xidmətin icra tarixi razılaşdırılır və xidmət müvafiq ünvanda həyata keçirilir.
Vacib məlumat
Azercell mütəxəssisi sifariş edilən ünvana gəldikdən sonra müştəri xidmətdən imtina etdiyi halda belə, yuxarıda qeyd olunan zona üzrə "Səyyar Satış və Xidmətlər" haqqı müştəri tərəfindən ödənilməlidir. Hazırda xidmət yalnız qeyd olunan ərazilərdə mövcuddur.