“GiqaAddım” kampaniyasına qoşularaq 5GB qazan!
Bu kampaniyaya qoşularaq sağlam həyat tərzini qoru, gündəlik 10.000 addım ataraq hər gün 1GB, 7 gün ardıcıl hədəfi tamamladıqda isə 5GB internet əldə et.
Kampaniyaya qoşulmaq çox sadədir: Azercell tətbiqinə daxil ol, əsas səhifədə “İndi qoşul” düyməsinə kliklə və addımların avtomatik izlənilməsi üçün cihazındakı “Sağlamlıq” tətbiqinə girişə icazə ver. İcazə verdiyin andan etibarən atdığın addımlar tətbiqdə əks olunacaq.
Hədəfə çatıb-çatmadığını yoxlamaq üçün tətbiqin əsas səhifəsində xüsusi ayrılmış bölmədən irəliləyişini rahatlıqla izləyə bilərsən. Addım hədəfini tamamladıqda isə “Əldə et” düyməsinə klikləyərək hədiyyəni aktivləşdirə bilərsən.
Qeydlər:
Əgər kampaniya tətbiqdə görünmürsə, qeyd olunan tarif paketlərindən birinin aktiv olduğuna əmin ol. Əgər bu tariflərdən istifadə etmirsənsə, keçid şərtləri ilə tanış olaraq uyğun tarifə keçid edə bilərsən. Ətraflı: Fakturasız xətt tarifləri | Azercell, Fakturalı xətt tarifləri | Azercell