get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Kampaniyaya qoşulmaq üçün:

30 yaşa qədər gənclər aşağıda qeyd olunmuş bölgələrdəki diler dükanlarına yaxınlaşaraq yeni nömrə əldə edə bilərlər.

  • Gəncə
  • Qazax
  • Şəki
  • Şamaxı

  • Tarif çərçivəsində 6 GB ümümi trafik, 6GB gecə trafiki (00:00 – 07:00 aralığında), eləcə də 6GB Azercell tətbiqləri üçün (ZVUK, Ivi, Bookmate) internet internet trafik verilir.
  • Azercell Tətbiqlərinin abunə haqqı tarifin qiymətinə daxil deyil;
  • Tarif yeni Fakturasız xətt abunəçiləri üçün nəzərdə tutulub
  • Tarif yalnız 30 yaşadək istifadəçilər üçün nəzərdə tutulub. (30 yaş daxil deyil)
  • Tarif hər 30 gündən bir avtomatik yenilənir. Tarifin bonusları vaxtından tez bitərsə PLUS açar sözünü 7575 nomrəsinə göndərməklə və ya *750*4*99#YES şifrəni yığmaqla tarifi yeniləmək mümkündür; tarifi gun erzinde bir defe yeniləmək mümkündür. Yenilənmə zamanı bonusların qalığı növbəti aya keçmir. 7575 nömrəsinə göndərilən sorğunun dəyəri 0.01 AZN.
  • Bonusların qalığını 2112 qısa nömrəsinə boş SMS göndərməklə və ya “Kabinetim” tətbiqi vasitəsilə yoxlamaq mümkündür; Göndərilən SMS qiyməti 0.02 AZN təşkil edir.
  • Tarifin digər şərtləri GəncOL 9 tarifinə uyğun tətbiq olunur. 
  • Kampaniyada iştirak edən bölgələrin siyahısını G+ açar sözünü 7575-ə göndərməklə əldə etmək olar.
  • Abunəçi tarifə bir dəfə qoşulduqda, tarif dəyişikliyi etsə belə 30 yaşı tamam olduğunadək istədiyi vaxt tarifə yenidən qayıda bilər.
  • Abunəçinin qoşulma zamanı təqdim etdiyi şəxsiyyətini təsdiq edən sənədə görə 30 yaşı taman olduqda, tarifin növbəti yenilənmə günündə artiq GəncOL 9 tarifi aktiv olacaq.
  • Tarifdə danışıq intervalı 1 dəqiqə, internet intervalı 51 KB.
  • Tarif daxilində WhatsApp, Viber, Telegram, Facebook Messenger, Twitterde mətn yazışmaları pulsuzdur.
  • Əgər GencOl paketi çərçivəsində tarifdaxili dəqiqələr, gecə interneti və ya Azercell tətbiqləri üçün ayrılmış trafik 30 günlük istifadə müddətindən tez bitərsə, lakin qaliq İnternet həcmi qalarsa, paketi yeniləmək mümkün olmayacaq.
  • GəncOL+ paketi yeniləndikdə və ya ləğv edildikdə qalıq dəqiqələr, SMS, İnternet trafiki və sosial tətbiqlərdə yazışma ləğv edilir.
  • Paket üzrə müəyyən edilmiş istifadə müddəti ərzində istifadə edilməyən əsas istifadə imkanının qalığı sıfırlanmaqla ləğv edilir və növbəti istifadə müddətinə keçirilmir.
  • Paketin bonuları bitdikdə tarifdaxili zəngin dəqiqəsi 0.02 AZN, ölkədaxili zəngin dəqiqəsi 0.06 AZN, 1 MB - 0.1 AZN, 1 SMS - 0.05 AZN təşkil edir. Növbəti ayda abunəçinin balansında aylıq abunə haqqı üçün kifayət qədər vəsait olmadıqda şəbəkəxarici dəqiqə 0.08 AZN təşkil edir.
  • GəncOL+ abunəçiləri istənilən aylıq, günlük, eləcə də limitsiz internet paketlərindən istifadə edə bilər. İnternet trafikin ümumi istifadəsində üstünlük əlavə alınmış internet paketlərinə verilir.
  • Abunəçi Azercell tətbiqləri trafikindən gecə 00:00 – 07:00 aralığında istifadə edərsə, üstünlün Azercell tətbiqlərinin trafikinə verilir.
  • Tarifə daxil olan Azercell tətbiqləri və ya gecə trafiki bitdikdə, internet istifadəsi əsas trafikin balansından gedəcək.

Qiymətlərə ƏDV daxildir