get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Bitmiş Kampaniyalar

10 GB kampani̇yasi

images

* 12.02.2013 tarixindən 10 GB = 10 AZN kampaniyası dayandırılır. Son qoşulma tarixi 12 fevraldır.
Bu tarixdən daha əvvəl 10 GB = 10 AZN kampaniyasına qoşulan abunəçilər isə kampaniya şərtlərindən yararlanmaqda davam edəcəklər.

* 07 fevral 2013-cü il tarixindən etibarən "10-luq kampaniyasına" aşağıdakı dəyişiklik ediləcək. Beləliklə, hər bir cari faktura dövrü ərzində abunənin balansında 10 GB aylıq paketin həcmi vaxtından əvvəl bitdikdə həmin abunə üçün mobil internetin sürəti 128Kbps-dək enəcək və abunə cari faktura dövrünün sonunadək internet xidmətindən limitsiz və pulsuz istifadə edə biləcək. Bu yeni şərt eyni zamanda 10-luq kampaniyasına 07 fevral 2013-cu il tarixinədək qoşulmuş abunələrə də tətbiq ediləcək.
Qeyd: Əgər abunəçidə 10 GB vaxtından tez bitərsə və abunəçi "Gün", "Gecə" və ya "Limitsiz" paket seçərsə sürət müvafiq müddətə (1,3,24 saat və s.) qalxır. Yəni abunəçi 10GB bitdikdən sonra sürətin azalmasını istəmədikdə qeyd olunan alternativ variant təklif edilə bilər.

* 10luq kampaniyası çərçivəsində nömrədə 10 ay tamam olubsa və Abunəçi 10 GB-lıq paketdən istifadə etməyi davam edərsə 10 GB aylıq paketin həcmi vaxtından əvvəl bitdikdə həmin abunə üçün mobil internetin sürəti 128Kbps-dək enəcək və abunə cari faktura dövrünün sonunadək internet xidmətindən limitsiz və pulsuz istifadə edə biləcək.

* 7 iyun 2012-ci il tarixindən etibarən "10luq kampaniya" adı ilə yeni, USB Modem kampaniyası keçiriləcəkdir. Kampaniya çərçivəsində, abunəçi 10 faktura dövrü ərzində hər fakturada 10 AZN ödəmək şərtilə 10 GB həcmli (hər faktura üçün) Mobil İnternet paketindən istifadə etmək və bunun müqabilində USB modem cihazı əldə etmək imkanı qazanır.

* Bu kampaniya həmçinin korporativ abunəçilər üçün nəzərdə tutulub. Korporativ statusa malik abunəçilərə əlavə güzəşt olaraq hər fakturada mobil internet paketi üçün 20% endirimlə 8 AZN (ƏDV daxil) ödəmə etmək imkanı təqdim ediləcəkdir.

  • Kampaniya yalnız Fakturalı xətt nömrələri üçün nəzərdə tutulub.
  • Abunə 10GB həcmində Data paketinə 10 faktura dövrü ərzində qoşulma şərti ilə Data Kart cihazını pulsuz əldə edir. Paketin qiyməti 10 AZN (ƏDV daxil) təyin edilir. Bu dövr ərzində abunə başqa bir data paketinə keçə (15GB paket istisna olmaqla) və kampaniyadan imtina edə bilməz. Bunu etmək istəsə, bildiriş mesajı alacaq.
  • QEYD: 15GB Mobil Internet Paketinə keçdikdə yenidən 10GB paketinə qayıtmaq mümkün deyil.
  • 10 GB`dan əlavə hər 1MB üçün 0,003 AZN (ƏDV daxil) tutulacaq.
  • Qeyd: 10GB=10240MB (yəni hər 1 GB = 1024 MB)
  • Birinci faktura üçün (FM status) 50% endirim tətbiq edilir, yəni paketin qiyməti 5 AZN (ƏDV daxil) olacaq
  • 10 faktura dövrü bitəndən sonra abunəçi 10 GB`lıq paketində qalır. 10cu faktura dövründən başlayaraq STOP göndərə bilər yaxud paketini dəyişə bilər, bu halda istək faktiki olaraq 11ci faktura dövründən etibarən həyata keçirilir. Heç bir istək göndərməsə abunəçi 10 GB'lıq paketdə qalmış olur (10 AZN ödəməklə)
  • Abunəçi kampaniyadan imtina etdiyi halda 3GMAX USB modem qiyməti (29 AZN + ƏDV) cərimə məbləğ kimi balansdan çıxılacaq
  • Korporativ abunəçilər eyni kampaniya şərtlərindən yararlanacaqlar, fiziki şəxslər üçün nəzərdə tutulan kampaniyadan yalnız bir fərq olacaq: paketin qiyməti korporativ abunələr üçün 20% guzəşt ilə tətbiq ediləcək
  • Rəsmi dilerlərdə, Azexlərdə Datakart cihazı satıldıqda nömrə üzərində verilir.
  • Abunə kampaniyaya qoşulduğu andan 24 saat sonra öz GB paketindən istifadə edə bilər(istər 10 istərsə də 15) Bu kampaniyada(10luq kampaniya) abunələrə təqdim edilən güzəşt ondan ibarətdir ki, o, məhz 10 AZN-ə(sərfəli şərtlə) 10GB internet paketi almaq şansı əldə etsin. Əlavə seçim imkanı kimi abunələrə həmçinin də 15GBlıq paketə keçmək imkanı verilir, lakin bu kampaniya şərti kimi getmir. Və əgər abunəçi kampaniyada iştirak dövrü ərzində 15GB paketə keçmək üçün sms bildirişi göndərərsə, o zaman növbəti fakturadan həmin paketə qoşulacaq.
  • "10luq kampaniyası" yalnız yeni aktiv edilmiş nömrələrdə aktiv edilir. Bundan əvvəl aktiv olmuş nömrələr və ya əvvəlki kredit kampaniyaların nömrələri kampaniyada iştirak edə bilməz.
  • Abunəçi "10luq Kampaniya" çərçivəsində bir neçə USB modem əldə edə bilər, xüsusi limit qoyulmayıb.
  • 10luq kampaniyası çərçivəsində 10 faktura dövrü bitməyənə kimi addan ada əməliyyatı etmək mümkündür, sadəcə bu zaman abunəçidən cərimə olaraq 29 AZN + ƏDV çıxılacaqdır. Lakin, kampaniya nömrədə deaktiv oldunduqdan sonra addan-ada əməliyyatı edildikdə heç bir cərimə tutulmayacaq və 10luq kampaniyası çərçivəsində təqdim edilən paket aktiv qalacaq.
  • Abunəçi kampaniyaya qoşulduqda Mobil İnternet xidmətinə qoşulma formasını imzalayır.
  • Abunəçi aylıq məbləği hər ay ödəmədikdə, cərimə (29 AZN) tutulursa, cərimə ödənildikdən sonra paket abunəçidə olduğu kimi qalır.
  • 10luq kampaniya aktiv vəziyyətdə olduğu zaman sonradan nömrə ləğv edilirsə (DEA), nömrəni yenidən bərpa edilən zaman 10luq kampaniya yenidən bərpa olunmur.
  • 10luq kampaniyasında aktiv olan nömrədə 9cu faktura dövrü ərzində nömrənin xətti SIN statusundan bağlanılarsa, artıq 10-cu faktura vurulmayacaq və abunəçi borcları ödəyib xətti açmasa nömrə deaktiv olacaq. Nömrə aktiv edilərsə əlavə borc tutulmayacaq.
  • Data Kart kampaniyaları çərçivəsində AFX nömrələri üçün 29.11.2013 tarixindən aktivləşən yeni şərtlər yalnız kreditin müddəti bitendən sonra tətbiq olunacaq. Yeni kampaniyaya qoşulan yeni abunələr köhnə sistemdə çalışan AFX paketlərini istifadə edəcəklər.
  • Kampaniya müddəti bitəndən sonra, nömrədə aktiv qalan 10GB və 4GB paketlərin istifadə müddəti hər 30 gündən bir uzadılır və abunəyə yeni paket verilir. İstisna halları: abunənin xətti 2-tərəfli bağlı olduqda: bu halda abunəlik ləğv olunur. Sistem 72 saat ərzində xəttin açıq/bağlı olduğunu yoxlayır, bundan sonra xətt açilmasa, abunəlik ləğv olunur. Lakin 72 saat ərzində nömrənin xətti açıldıği halda traffik dərhal verilir.

Qiymətlərə ƏDV daxildir