get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Cihazlar səhifəsinə qayıt

Azercell MiFi cihazı

Rəng
Qiymət
images

MiFi cihazını əldə et, ilk ay üçün 60GB internet paketini hədiyyə olaraq qazan!

Bundan əlavə, ilk ay üçün ehtiyacına uyğun olaraq 100 GB internet paketini cəmi 10 ₼, 200 GB internet paketini isə cəmi 20 ₼ əlavə ödəniş etməklə seçə bilərsən.

Asanlıqla daşınabilən, hətta cibə yerləşən və istənilən yerdə yüksəksürətli interneti təmin edən yeni MiFi ilə internetdən fasiləsiz yararlanmaq mümkündür. Bunun sayəsində, həmçinin eyni anda 32-dək cihazı internetlə təmin etmək çox asandır.

Aşağıdakı şərtlərlə yeni MiFi cihazını əldə et və üstünlüklərdən yararlan:

Cihaz Qiymət (+1 ay 60GB hədiyyə) Qiymət (+1 ay 100GB) Qiymət (+1 ay 200GB)
Azercell MiFi cihazı 109 ₼ 119 ₼ 129 ₼

Əlavə məlumat

Kampaniyaya həm mövcud abunəçilər, həm də Azercell abunəçisi olmaq istəyən istənilən şəxslər qoşula bilərlər. Bunun üçün sadəcə istənilən Azercell satış nöqtəsinə müraciət edərək MiFi cihazını əldə etmək kifayətdir.
Kampaniya çərçivəsində hər bir abunəçiyə MiFi cihazı ilə birlikdə fakturasız xətt üzrə “Data” tarifində olan nömrə təqdim edilir.

İkinci aydan etibarən tarif qüvvədə olan qiymətə əsasən, balansda kifayət qədər vəsait olduğu təqdirdə avtomatik yenilənəcək.

Bəli, təqdim olunan “Data ” tarifi ilə yanaşı digər internet paketini də aktivləşdirmək mümkündür (yalnız əsas kvotanın 95%-i istifadə edildikdə).

Təqdim edilən “Data” tarifi deaktiv etmək mümkün deyil, yalnız başqa bir tarifə dəyişmək mümkündür.

MiFi cihazını istənilən Azercell satış və xidmət mərkəzindən əldə etmək olar (Yaxınlıqda yerləşən mərkəzi seçmək üçün linkə keçid et: https://www.azercell.com/az/personal/azercell-stores.html).

MiFi cihazı iki tezlik diapazonunu – 2.4 GHs və 5 GHs dəstəkləyir. 2.4 GHs daha geniş əhatə dairəsinə malikdir, məsafədə daha sabit bağlantı təmin edir. 5 GHs isə daha yüksək sürət və az gecikmə ilə keyfiyyətli bağlantı təklif edir, qısa məsafələr üçün optimal seçimdir.
MiFi cihazına eyni anda 32-dək cihaz qoşula bilər. Qoşulmuş bütün cihazların sürəti və optimal işləməsi şəbəkə vəziyyəti, tezlik diapazonu istifadəsi və digər amillərdən asılı olaraq dəyişə bilər.

Bəli, MiFi cihazını “HUAWEI AI Life App” tətbiqi vasitəsilə idarə etmək mümkündür (tətbiq haqqında daha ətraflı: https://consumer.huawei.com/en/mobileservices/ai-life/).

Cihaza alış tarixindən etibarən 1 il zəmanət verilir. Zəmanət çərçivəsində yaranan nasazlıqlar və ya digər müraciətlərlə bağlı cihazı əldə etdiyiniz satış və xidmət mərkəzinə müraciət etməyiniz xahiş olunur.
Cihaz haqqında bütün məlumatları qutunun içərisində yerləşən “İstifadəçi təlimatı”nda tapa bilərsiniz.
Back Onlayn dəstək
Full view