Gedişi aktivləşdirmək üçün skuterin ID-sini 4545 qısa nömrəsinə göndər.
Yolun hərəkət hissəsinə çıxmamağı və piyadaların yanında sürəti artırmamağı xahiş edirik.
Gedişi yekunlaşdırdıqda "Stop" yazıb 4545 qısa nömrəsinə göndər.
Kampaniyanın müddəti: 23 sentyabr – 7 oktyabr. Kampaniya çərçivəsində ilk aktivasiya zamanı abunəçiyə 15 dəqiqəlik pulsuz gediş təqdim ediləcək.
Gediş 15 dəqiqədən tez dayandırılarsa, abunəçi pulsuz dəqiqələrdən istifadə etmiş hesab olunur və növbəti aktivasiya kampaniyadankənar baş verəcək.
15 dəqiqə tamamlandıqda gediş standart qaydada avtomatik olaraq daha 15 dəqiqə uzadılır və abunəçinin balansından müvafiq vəsait çıxılır.
Skuteri aktivləşdirmək üçün unikal 7 (yeddi) rəqəmli identifikasiya nömrəsini (ID) “START ID” formatında 4545 qısa nömrəsinə göndərmək lazımdır.
Nümunə: Start 2342354
Skuterdə gedişi dayandırmaq üçün 7 (yeddi) rəqəmli
identifikasiya nömrəsini (ID) “STOP ID” formatında 4545-ə göndərmək kifayət edir.
Skuteri yalnız rəsmi parklanma zonalarında dayandırmaq mümkündür. Əgər skuter parklanma zonasından kənarda dayandırılarsa, onu deaktiv etmək mümkün olmayacaq və istifadəçiyə zonalar haqqında SMS göndəriləcək.
İlk 15 dəqiqə bitdikdə gediş avtomatik olaraq növbəti 15 dəqiqəlik interval üçün uzadılır. Müvafiq məbləğ isə balansdan çıxılır. Bu proses gediş dayandırılanadək hər 15 dəqiqədən bir davam edir.
Skuter deaktiv edilən zaman istifadə olunmamış dəqiqələrin pulu avtomatik olaraq balansa yüklənilir.