get-img

Kabinetim for iOS Android

Install Install
arrow-back About us

Telecom CERT

Haqqımızda

Azercell Telecom CERT (Computer Emergency Response Team) "Azercell Telekom" MMC-nin kibertəhlükəsizlik insidentlərinə cavab verən və şirkətin rəqəmsal infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olan ixtisaslaşmış komandadır.

Komandanın əsas missiyası şirkətin informasiya sistemlərini və telekommunikasiya şəbəkəsini kibertəhdidlərdən qorumaq, təhlükəsizlik insidentlərini operativ şəkildə aşkar etmək, təhlil etmək və onlara effektiv cavab verməklə xidmətlərin fasiləsizliyini və etibarlılığını təmin etməkdir.

Azercell kibertəhlükəsizlik sahəsində fəaliyyətini "Azərbaycan Respublikasının 2023–2027-ci illər üzrə İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyası"na uyğun olaraq həyata keçirir və bu istiqamətdə beynəlxalq standartlara əsaslanan yanaşmalar tətbiq edir.

Şirkət kibermüdafiə imkanlarını davamlı olaraq inkişaf etdirir, süni intellekt əsaslı təhlükəsizlik həllərini tətbiq edir və beynəlxalq kibertəhlükəsizlik icması ilə əməkdaşlığını genişləndirir.

Azercell kibertəhdidlərin aşkarlanması və rəqəmsal təhlükəsizlik ekosisteminin mərkəzləşdirilmiş şəkildə idarə olunması məqsədilə süni intellekt arxitekturasını tətbiq edən Azərbaycanın ilk telekommunikasiya şirkətidir.

 

Missiyamız:

Telecom CERT-in missiyası ölkə qanunvericilinə uyğun fəaliyyət göstərməklə Azercell-in rəqəmsal aktivlərinin, telekommunikasiya infrastrukturunun və informasiya sistemlərinin kibertəhlükələrə qarşı dayanıqlılığını təmin etmək, kibertəhlükəsizlik insidentlərini operativ idarə etmək və qabaqlayıcı təhlükəsizlik tədbirlərini həyata keçirməklə şirkətin rəqəmsal xidmətlərinin etibarlılığını qorumaqdır. Eyni zamanda, komanda qabaqcıı fəaliyyəti ilə ölkənin kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verməyi hədəfləyir.

 

Əsas fəaliyyət istiqamətləri:

Kibertəhlükələrin Monitorinqi və Erkən Aşkarlanması

Telecom CERT şirkətin informasiya sistemləri və şəbəkələri üzərində fasiləsiz monitorinq həyata keçirərək potensial kibertəhdidləri erkən mərhələdə müəyyən edir və onların qarşısının alınması üçün operativ tədbirlər görür.

Real vaxt rejimində monitorinq imkanlarının davamlı inkişafı təhlükəsizlik hadisələrinin daha sürətli aşkarlanmasına və insidentlərə çevik reaksiya verilməsinə şərait yaradır.

Kibertəhlükəsizlik İnsidentlərinin İdarə Olunması

Komanda kibertəhlükəsizlik insidentlərinin aşkarlanması, təsnifləndirilməsi, təhlili, cavablandırılması və nəticələrinin aradan qaldırılması proseslərini həyata keçirir.

Eyni zamanda insidentlərin kök səbəblərinin araşdırılması və analoji hadisələrin qarşısının alınmasına yönəlmiş preventiv tədbirlərin hazırlanması Telecom CERT-in əsas fəaliyyət istiqamətlərindən biridir.

 

Zəifliklərin Aşkarlanması və İdarə Olunması:

Telecom CERT informasiya sistemləri, şəbəkə infrastrukturu və rəqəmsal xidmətlər üzrə potensial kibertəhlükəsizlik risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması istiqamətində fəaliyyət göstərir. Komanda təhlükəsizlik boşluqlarının vaxtında aşkarlanması, risklərin azaldılması və sistemlərin kibertəhdidlərə qarşı dayanıqlığının artırılması məqsədilə kompleks yanaşma tətbiq edir.

Rəqəmsal Təhlükəsizlik Araşdırmaları (Digital Forensics Investigation)

Kibertəhlükəsizlik insidentlərindən sonra hadisələrin səbəblərinin müəyyən edilməsi, təsirin qiymətləndirilməsi və sübutların təhlili məqsədilə rəqəmsal araşdırmalar aparılır. Bu proses insidentlərin kök səbəblərinin müəyyənləşdirilməsinə, gələcəkdə oxşar hadisələrin qarşısının alınmasına və cavab tədbirlərinin təkmilləşdirilməsinə imkan yaradır.

Proaktiv Kibertəhdid Axtarışları (Threat Hunting)

Azercell CERT potensial kibertəhlükələri real insidentə çevrilməzdən əvvəl müəyyən etmək məqsədilə davamlı təhdid aşkarlanması və proaktiv təhlükəsizlik tədbirləri həyata keçirir.

Bu yanaşma mövcud təhlükəsizlik sistemləri tərəfindən aşkar olunmaya bilən mürəkkəb və gizli təhdidlərin müəyyən edilməsinə, şübhəli davranışların araşdırılmasına və ümumi kiberdavamlılığın gücləndirilməsinə xidmət edir.

Kibertəhdid Kəşfiyyatı Əməliyyatları (Threat Intelligence)

Telecom CERT yeni yaranan kibertəhdidləri və hücum metodlarını davamlı izləyir, əldə olunan məlumatları təhlil edir və şirkətin kibermüdafiə imkanlarının gücləndirilməsi üçün istifadə edir.

 

Standartlar və əməkdaşlıq

Azercell beynəlxalq kibertəhlükəsizlik əməkdaşlığının genişləndirilməsinə xüsusi önəm verir.

Şirkət FIRST (Forum of Incident Response and Security Teams) təşkilatına üzv qəbul edilən ilk və yeganə Azərbaycan korporativ təşkilatı olmaqla yanaşı, ölkənin telekommunikasiya sektorunda rəsmi qeydiyyata alınmış ilk Telecom CERT komandasıdır.

FIRST üzvlüyü Azercell Telecom CERT-ə dünyanın aparıcı kibertəhlükəsizlik insidentlərinə cavab qrupları ilə operativ məlumat mübadiləsi aparmağa, qabaqcıl beynəlxalq təcrübələrdən faydalanmağa və qlobal kibertəhlükəsizlik təşəbbüslərində iştirak etməyə imkan verir.

Telecom CERT fəaliyyətini beynəlxalq standartlara və qabaqcıl kibertəhlükəsizlik yanaşmalarına uyğun şəkildə həyata keçirir. Komandanın fəaliyyətində aşağıdakı çərçivə və standartlar əsas götürülür:

ISO/IEC 27035 – informasiya təhlükəsizliyi insidentlərinin idarə olunması üzrə beynəlxalq standart; NIST Cybersecurity Framework və Incident Response yanaşmaları – kibertəhlükəsizlik risklərinin idarə edilməsi və insidentlərə cavab proseslərinin təkmilləşdirilməsi üçün çərçivələr; FIRST CSIRT Services Framework – CSIRT xidmətlərinin təşkili və inkişafı üzrə beynəlxalq metodologiya.

 

Əsas prinsiplərimiz

Telecom CERT öz fəaliyyətini aşağıdakı prinsiplər əsasında qurur:

kibertəhdidlərin proaktiv aşkarlanması; insidentlərə operativ və koordinasiyalı cavab verilməsi; beynəlxalq standartlara uyğun təhlükəsizlik yanaşmalarının tətbiqi; davamlı monitorinq və təkmilləşdirmə; milli və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi; innovativ texnologiyaların, o cümlədən süni intellekt həllərinin tətbiqi.

Xidmət sahəsi (Type of Constituency)

Dövlət, özəl və ictimai sektorlar

Xidmət mənbəyi (Source of Constituency)

Həm daxili, həm xarici

Xidmətin təsviri (Description of Constituency)

Telecom CERT Azercell-in informasiya sistemlərini, telekommunikasiya infrastrukturunu, məlumat mərkəzlərini, rəqəmsal platformalarını və digər kritik texnoloji resurslarını əhatə edən kibertəhlükəsizlik fəaliyyətlərini həyata keçirir.

Komanda mobil telekommunikasiya xidmətləri üzrə kibertəhlükəsizlik dəstəyi həyata keçirir, daxili infrastrukturun, əməkdaşların, eləcə də xarici müştərilərin və tərəfdaş təşkilatların istifadə etdiyi şəbəkə və xidmətlərin təhlükəsizliyinin təmin olunmasına töhfə verir.

Xidmət ölkəsi (Country of Constituency)

Azərbaycan (AZ)

 

Əlaqə məlumatları:

E-mail: cert@azercell.com

Açıq açarlar və şifrələmə məlumatları:

Telecom CERT rəqəmsal imzaların yaradılması, eləcə də şifrələnmiş və həssas məlumatların təhlükəsiz şəkildə qəbul edilməsi məqsədilə PGP şifrələmə mexanizmindən istifadə edir.

Telecom CERT-in açıq PGP açarı PGP/GPG açar serverlərində əlçatandır:
https://keys.openpgp.org

Fingerprint: 8A41709DF7FB7F7B493E144613ECA0C4324E6941 

İnsidentlərin bildirilməsi:

Kibertəhlükəsizlik insidentləri aşağıdakı əlaqə kanallarından biri vasitəsilə Azercell CSIRT komandasına təqdim edilməlidir:

Kanal

Əlaqə məlumatı

Əsas insident bildirişləri

incident@azercell.com

Ümumi müraciətlər və əməkdaşlıq məsələləri

cert@azercell.com

Telefon

+994 12 496 70 07

İnsident barədə məlumat təqdim edilərkən aşağıdakı məlumatların qeyd olunması tövsiyə olunur:

İnsidentin baş verdiyi tarix və vaxt (vaxt qurşağı göstərilməklə); İnsidentin təsviri və təsirlənmiş sistemlər və ya xidmətlər; Komprometasiya göstəriciləri (məsələn, IP ünvanları, domenlər, fayl heşləri və digər əlaqəli texniki məlumatlar); İnsidentə cavab çərçivəsində artıq həyata keçirilmiş tədbirlər; Əlavə əlaqə və koordinasiya üçün məsul şəxsin əlaqə məlumatları.

Back Online Support
Full view