get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Sənə uyğun tarifi yarat!

Dəqiqələri, meqabaytları, sosial media üçün interneti özün seç!

Seçimlərində sərbəstsən

Tariff dizaynını hər ay istədiyin kimi dəyişə bilərsən.

Seçimlərindən zövq al

Məhz sənə uyğun tarif paketini tərtib etməkdə sərbəst ol!

İstəSən

Sən istəyən rəqəmsal tarif! Azercell-dən!

“İstəSən” tarifinə ölkədaxili dəqiqələr, ümumi internet trafiki, Instagram, Facebook, YouTube və TikTok üçün əlavə internet paketləri daxildir. Tarifin dəyəri 7 AZN-dən başlayır və bu əsas paketə ölkədaxili zənglər üçün 30 dəqiqə, 3GB internet və 1GB WhatsApp yazışma daxildir. Danışıq dəqiqələrini, meqabaytları və sosial media üçün internet həcmini özün seç - artırdıqca daha sərfəli olsun!

  • Əsas paketə ölkədaxili 30 dəqiqə, 3GB internet trafiki və 1GB WhatsApp yazışma daxildir. Əsas paketin qiyməti 7 AZN təşkil edir.

  • Tarif hər 30 gündən bir yenilənir. Tarif paketi aktivləşdirilən gün saat 23:59-a kimi tarifə əlavələr etmək mümkündür.

  • Tarif dizaynına dəyişiklikləri yalnız "Azercell" tətbiqində etmək olar.

  • Tarifin dizaynı ayda yalnız bir dəfə dəyişdirilə bilər, lakin onu öncədən növbəti yenilənmə üçün tərtib etmək olar. Tarif yaddaşda son saxlanılmış dəyişiklik üzrə yenilənmə günündə yenilənəcək.

  • Abunəçinin balansında yenilənmə üçün kifayət qədər vəsait olmadıqda, tarifin göstəricilərini başlanğıc qiymətə qədər (7 AZN) azaltmaq mümkündür. Tarif yaddaşda son saxlanılmış dəyişiklik üzrə yenilənəcək.

  • Zənglər üçün hesablama intervalı 60 saniyə təşkil edir.

  • Tarif çərçivəsində təqdim olunmuş bonuslar bitdikdən sonra tarifi yeniləmək mümkün deyil. Təyin olunmuş yenilənmə tarixinədək xidmətlər üzrə ödəniş müvafiq qaydada hesablanır.
  • Möhtəşəm yenilik! Artıq “İstəSən” tarifini avtomatik yenilənmə tarixindən öncə "Azercell" tətbiqi vasitəsilə də yeniləmək olar! Bunu gün ərzində yalnız bir dəfə, əsas internet paketində 5MB və daha az trafik qalarsa, etmək olar.

  • Müddətdən öncə yenilənmə zamanı, cari tarifin danışıq dəqiqələri, eləcə də əsas və əlavə internet paketləri sıfırlanır və yeni tarif paketi aktiv edilir.

İndi qoşul

Tarifə "Azercell" mobil tətbiqi vasitəsilə qoşulmaq olar.

Həmçinin, fakturasız xətt abunəçiləri (SimSim) tarifə “IsteSen” yazıb 7575-ə göndərməklə və ya *750*0*10#YES yığmaqla abunə ola bilərlər.

"İstəSən" tarifini necə yaradım?

Əlavə məlumat

“İstəSən” tarifinə istənilən fakturasız xətt abunəçiləri qoşula bilərlər.

Fakturasız xətt (SimSim) abunəçiləri tarifi aşağıdakı üsullarla qoşula bilərlər:

  • Bu səhifədən
  • “IsteSen” yazıb 7575-ə göndərməklə
  • *750*0*10#YES yığmaqla 
  • "Azercell"” vasitəsilə

“İstəSən” tarifinin istifadə müddəti 30 gündür və bu müddətin sonunda balansda kifayət qədər vəsait olarsa, tarif avtomatik olaraq yenilənir. Nömrə aktiv olduğu zaman, lakin balansda yetərincə məbləğ olmadıqda, sistem balansda kifayət qədər vəsait olana qədər tarifi yeniləməyə çalışacaq.

Tarifə qoşulma zamanı mövcud internet paketlərinin balansı aktiv olaraq qalır.

 

Bonuslar haqqında məlumatı 2112 qısa nömrəsinə boş SMS göndərməklə əldə etmək mümkündür. Hər göndərilən SMS-in qiyməti 0.02 AZN təşkil edir. Tarif bonusları haqqında məlumatı, həmçinin "Azercell" tətbiqi vasitəsilə əldə etmək olar.

Tarif çərçivəsində təqdim olunan bonuslar tükəndikdən sonra paketin istifadə müddəti hələ də bitməyibsə, ölkədaxili zəngin 1 dəqiqəsinin qiyməti 0.06 AZN təşkil edəcək. Abunəçinin balansında aylıq abunə üçün kifayət qədər vəsait olmadığı təqdirdə, xidmətlər üzrə ödəniş aşağıdakı qaydada hesablanır:

  • 1MB = 0.05 AZN (digər internet paketi olmadıqda)
  • Şəbəkədaxili zəngin 1 dəqiqəsi: 0.08 AZN; Şəbəkəxarici zəngin 1 dəqiqəsi: 0.08 AZN

“İstəSən” tarifinin abunəçiləri istənilən aylıq, günlük, saatlıq və limitsiz internet paketlərdən istifadə edə bilərlər. Bundan əlavə, bu tarifin abunəçiləri "Azercell" tətbiqi vasitəsilə xüsusi Sosial Media Paketlərinə qoşula bilər. 

Tarif çərçivəsində paketdaxili internet bonusları bitdikdə abunəçi xüsusi keçid səhifəsinə yönləndirilir. O, burada internet paket aktivləşdirə və ya internet paketi olmadan istifadəni seçə bilər. Paketsiz istifadə seçildikdə, 1MB=0.05 AZN, internetin hesablanma intervalı isə 51KB təşkil edir.

“İstəSən” tarifinin abunəçiləri əlavə internet paketlərindən istifadə edərsə, 50GB-lıq internet paketi istisna olmaqla, bütün digər hallarda internetin istifadəsində üstünlük bu internet paketlərə verilir.

Tarif daxilində təqdim olunan WhatsApp-da yazışmaq üçün 1GB trafikin istifadəsi digər internet bonuslarından daha üstündür.

Zənglər üçün hesablama intervalı 60 saniyə təşkil edir.

“İstəSən” tarifindən başqa bir tarifə keçdikdə cari tarifin bonusları sıfırlanır.

Tarifdaxili bonus dəqiqələri rouminq, beynəlxalq zənglər, xüsusi kodlu (* ilə yığılmış) və qısa nömrələr üçün istifadə edilə bilməz. Həmçinin abunəçi “Zəngimi ödə” xidməti çərçivəsində zəng qəbul edərsə, müvafiq vəsait tarif daxilində təqdim edilmiş dəqiqələrin hesabından deyil, balansdan silinəcək.

7575 nömrəsinə göndərilən hər bir sorğu üçün balansdan 0.01 AZN tutulur.

1 SMS-in qiyməti 0.05 AZN təşkil edir.

Qeyd edilən linkə keçid edərək "Azercell" tətbiqinə abunə ola bilərsiniz: link

Bunun üçün aşağıdakı addımlar tətbiq edilir:

"Azercell" tətbiqində: Əsas menyu - Tariflər - Tarifini yaratmağa başla

"Azercell" tətbiqində: Əsas menyu - Üstünlüklər və mükafatlar - Tarifini yarat

Tarif paketi aktivləşdirilən gün saat 23:59-a kimi "Azercell" tətbiqi vasitəsilə tarifə əlavələr etmək mümkündür. Tarifə əlavələr etmək üçün tətbiqdə:

Əsas səhifə → Tarif→İstəSən→Əlavələr et*

Saat 23:59-dan sonra tarif paket "Azercell" tətbiqi vasitəsilə yalnız növbəti yenilənmə üçün yenidən dizayn edilə bilər.

Qeyd: *Tarif əlavələrinin hər biri yalnız bir dəfə seçilə bilər.

Təəssüf ki, cari ay üçün əlavələr etmək mümkün deyil. Lakin növbəti yenilənmə üçün tarifinizi istədiyiniz kimi yenidən dizayn edə bilərsiniz.

 

Tarifi yenidən dizayn etmək üçün "Azercell" tətbiqində Əsas səhifə → Tarif→İstəSən→Dəyişiklik et səhifəsinə daxil olmaq lazımdır.

Bunun üçün "Azercell" tətbiqində Əsas səhifə → Tarif→İstəSən→ Ətraflı→ Yenilənəcək tarifinə bax səhifəsinə daxil olmaq kifayət edir.

Tarif ayda bir dəfə yenilənir. Siz istədiyiniz əlavələri "Azercell" tətbiqi vasitəsilə yaddaşda saxlayaraq növbəti yenilənmə üçün paketi yenidən tərtib edə bilərsiniz.

Sosial mediadan yararlanmaq üçün təqdim olunan internet trafiki bitdikdə digər tarif resurslarından istifadə edilir. Əgər digər internet resursları yoxdursa, abunəçi "Azercell" tətbiqinə daxil olub sosial media üzrə internet paketləri əldə edə bilər.

Sosial media paketləri haqqında ətraflı məlumatı bu link vasitəsilə tapmaq mümkündür: link

"Azercell" tətbiqində “Tarif” bölümündə “Dəyişiklik et səhifəsinə daxil olmaqla tarifə dəyişikliklər etmək olar. Lakin bu dəyişiklik növbəti yenilənmə zamanı tətbiq olunacaq

Digər tariflər haqqında ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.

Qiymətlərə ƏDV daxildir