“GencSim” yazıb SMS vasitəsilə 7575-ə göndər və ya *750*4*5#YES yığ.
“GəncSim” tarifinə "Azercell" tətbiqi vasitəsilə də qoşulmaq mümkündür. *110# yığ və tətbiqi yükləmək üçün birbaşa keçid əldə et.
1 iyul 2025-ci il tarixindən etibarən Fakturasız (SimSim) xətt sisteminə aid “Azercellim”, “Bölgə”, “GəncSim”, “Sadə6”, “GəncOL Həftəlik”, “GəncOL6” və “GəncOL9” tarif paketlərinə yeni qoşulmalar dayandırılacaq. Qeyd olunan tarixədək bu tariflərə qoşulan abunəçilər cari abunə ləğv edilənə qədər müvafiq tarif paketlərindən ümumi əsaslarla istifadəyə davam edə biləcəklər.
Hesablama intervalı: zəng üçün – 60 saniyə, İnternet üçün – 512 KB.
Tarifin abunə haqqı ödənildikdə nömrənin xətti 30 gün ikitərəfli açıq qalacaq.*
Pulsuz dəqiqələr yalnız şəbəkədaxili zənglər üçün nəzərdə tutulmuşdur.
Tarifin qeyd olunan qiymətləri xüsusi kodlu (* ilə yığılan) və qısa nömrələrə edilən zəngləri əhatə etmir.
Ölkədaxili 1 SMS-in qiyməti 0.10 AZN, ölkəxarici 1 SMS-in qiyməti isə 0.25 AZN təşkil edir.
SMS vasitəsilə tarif planı dəyişdirilərək “GəncSim” tarifinə keçildiyi təqdirdə xidmət haqqı 4 AZN təşkil edir. Onlayn üsullarla və "Azercell" tətbiqi vasitəsilə ödəniş edilən zaman xidmət haqqı 4 AZN təşkil edir.
Ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.
Məlumat üçün bildiririk ki, 01.06.2024-cü il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid nömrələrində yeni təsis əməliyyatı zamanı “Azercellim”, “Bölgə” və “GəncSim” tarif paketlərinin seçimi yalnız azercellim.com saytı üzərindən nömrələr əldə edildikdə mümkün olacaq. “Azercell Telekom” MMC-nin dilerləri və MX ofislərində fakturasız xətt sisteminə aid nömrələrin yeni təsis əməliyyatı zamanı isə fakturasız xətt sisteminə aid digər tarif paketlərinin seçilməsi mümkün olacaq. Tarif paketlərinə dair ətraflı məlumatı saytımızdan əldə etmək mümkündür.