get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Xüsusi təkliflər

"Yeni il” kampaniyası!

images

Ümumi məlumat

Azercell olaraq Xiaomi ilə birlikdə “Yeni İl” kampaniyasına start veririk!

Kampaniya çərçivəsində Azercell və Kontakt Home mağazalarından Xiaomi Redmi 15C və Xiaomi Redmi 15 smartfonlarından birini əldə edən cari və ya yeni Azercell abunəçiləri DigiMax 5GB tarifindən 50% endirimlə faydalana biləcəklər. 6 faktura dövrü ərzində cəmi 6 AZN qarşılığında yeni smartfon sahibləri aşağıdakı üstünlükləri əldə edəcəklər:

  • 5GB internet
  • Ölkədaxili zənglər üçün 300 dəqiqə
  • WhatsApp-da yazışma üçün əlavə 1GB internet
  • 150 SMS

Yeni ildə kəsintisiz ünsiyyətdən həzz al, ailən və dostlarınla unudulmaz anları bölüşmək fürsətini qaçırma.

Modellər və qiymətlər:

Model Qiymət Təklif
Xiaomi Redmi 15C 4+128GB 269 AZN DigiMax 5GB tarifi 6 aylıq faktura dövrü boyunca 50% endirimlə (paket 28 gündən bir yenilənir).
Xiaomi Redmi 15C 8+256GB 339 AZN DigiMax 5GB tarifi 6 aylıq faktura dövrü boyunca 50% endirimlə (paket 28 gündən bir yenilənir).
Xiaomi Redmi 15 6+128GB 329 AZN DigiMax 5GB tarifi 6 aylıq faktura dövrü boyunca 50% endirimlə (paket 28 gündən bir yenilənir).
Xiaomi Redmi 15 8+256GB 419 AZN DigiMax 5GB tarifi 6 aylıq faktura dövrü boyunca 50% endirimlə (paket 28 gündən bir yenilənir).
*Mövcudluq satış nöqtələrinə görə dəyişə bilər.
Kampaniya 31 yanvar 2026-cı il tarixinədək qüvvədədir.

Əlavə məlumat

Kampaniyaya qoşulmaq üçün Azercell-in rəsmi satış və xidmət mərkəzlərindən, həmçinin Kontakt Home mağazalar şəbəkəsindən Xiaomi Redmi 15C              və ya Xiaomi Redmi 15 smartfonunu əldə etmək kifayət edir.

Göstərici

Xiaomi Redmi 15C

Xiaomi Redmi 15

Əməliyyat sistemi

Android 15, Xiaomi HyperOS 2

Android 15, Xiaomi HyperOS 2

Prosessor

MediaTek Helio G81-Ultra

Qualcomm Snapdragon 685

Operativ yaddaş

4 GB/8 GB

6 GB/8 GB

İstifadəçi yaddaşı

128 GB/256 GB

128 GB/256 GB

Yaddaş kartı

Dəstəkləyir

Dəstəkləyir

Ekran və onun yenilənmə tezliyi

6.9” LCD, 120 Hs-dək

6.9” LCD, 144 Hs-dək

Əsas kamera

50 MP + köməkçi obyektiv

50 MP + köməkçi obyektiv

Ön kamera

8 MP

8 MP

Batareya və şarj sürəti

6000 mAs (tipik), 33 Vt sürətli şarj dəstəyi

7000 mAs (tipik), 33 Vt sürətli şarj dəstəyi

Simli bağlantı növü

USB Type-C

USB Type-C

Simsiz bağlantı növü

Bluetooth, NFC, Wi-Fi

Bluetooth, NFC, Wi-Fi

Qulaqlıq üçün giriş

3,5 mm

USB Type-C

Təhlükəsizlik

Barmaq izi skaneri, Süni İntellekt vasitəsilə üz tanıma

Barmaq izi skaneri, Süni İntellekt vasitəsilə üz tanıma

Sudan və tozdan qorunma

Var (IP64 standartı üzrə)

Var (IP64 standartı üzrə)

Şəbəkə texnologiyası

2G, 3G, 4G LTE

2G, 3G, 4G LTE

SIM-kart sayı

2

2

SIM-kart növü

Nano

Nano

Kampaniya çərçivəsində qeyd olunan Xiaomi smartfonlarından birini alan abunəçilər 6 aylıq faktura dövrü boyunca DigiMax 5GB tarifindən 50% endirimlə yararlanacaqlar. Endirimli paket avtomatik olaraq hər 28 gündən bir yenilənəcək (cəmi 6 dəfə).

Qeyd edilən smartfon modellərindən birini alan abunəçilər mobil nömrələrini satış nümayəndəsinə təqdim etdikdən sonra kampaniya haqqında SMS bildirişi alacaqlar.      Bildirişi aldıqda “DigiMax 5GB” endirim tarifini aktivləşdirmək üçün “D5” açar sözünü 7575 qısa nömrəsinə göndərmək kifayətdir. Hər SMS-in qiyməti 0.01 AZN təşkil edir. Tarif paketini, həmçinin USSD kod vasitəsilə də aktivləşdirmək olar: *750*4*205#YES.

Paketi deaktiv etmək mümkün deyil, lakin abunəçilər istənilən digər tarif paketinə keçid edə bilərlər.
Tarif paketinin fakturalama dövrü 28 gündən ibarətdir. Bu müddətdən sonra balansda kifayət qədər vəsait olarsa, tarif paketi avtomatik olaraq yenilənəcək. Balansda kifayət qədər vəsait olmadıqda isə yetərli məbləğ toplanana qədər yeniləmə cəhdləri təkrarlanacaq.
  • 2112 qısa nömrəsinə boş SMS göndərərək (SMS-in qiyməti: 0.10 AZN);
  • *111*1*7#YES kodunu yığmaqla (USSD mesajının qiyməti: 0.10 AZN);
  • Azercell mobil tətbiqi vasitəsilə (Tətbiqi yükləmək üçün: *110#YES).
Digər tarif paketinə keçid etdikdə öncəki tarif və bonuslar ləğv olunacaq.