02.02.2026-cı il tarixindən etibarən Samsung ilə birgə möhtəşəm bir kampaniyaya start veririk!
Kampaniya çərçivəsində mövcud abunəçilərimiz, həmçinin şəbəkəmizə qoşulmaq istəyən şəxslər istənilən mağazamıza yaxınlaşaraq Samsung Galaxy A17 və yaxud Samsung Galaxy A56 smartfonlardan birini aldıqda DigiMax 5GB və ya DigiMax 10GB tarif paketindən 3 ay müddətinə 50% endirimlə yararlanacaqlar.
Endirimli paket hər 28 gündən bir yenilənəcək (ayda 1 dəfə olmaqla cəmi 3 dəfə). 3 aylıq müddət başa çatdıqdan sonra endirim avtomatik ləğv ediləcək, lakin tarif paketi standart şərtlərə uyğun olaraq aktiv qalacaq.
Kampaniyaya qoşulma müddəti 2 fevral – 1 mart tarixlərini əhatə edir.
| Model: | Qiymət | Təklif |
|---|
| Samsung Galaxy A17 4+128GB | 379 AZN | DigiMax 5GB tarifi 3 aylıq faktura dövrü boyunca 50% endirimlə təklif olunur. (Paket 28 gündən bir yenilənir). 5GB internet, ölkədaxili zənglər üçün 300 dəqiqə, WhatsApp-da yazışma üçün əlavə 1GB internet və 150 SMS 6 AZN-dir! |
| Samsung Galaxy A17 6+128GB | 419 AZN | DigiMax 5GB tarifi 3 aylıq faktura dövrü boyunca 50% endirimlə təklif olunur. (Paket 28 gündən bir yenilənir). 5GB internet, ölkədaxili zənglər üçün 300 dəqiqə, WhatsApp-da yazışma üçün əlavə 1GB internet və 150 SMS 6 AZN-dir! |
| Samsung Galaxy A17 8+256GB | 519 AZN | DigiMax 5GB tarifi 3 aylıq faktura dövrü boyunca 50% endirimlə təklif olunur. (Paket 28 gündən bir yenilənir). 5GB internet, ölkədaxili zənglər üçün 300 dəqiqə, WhatsApp-da yazışma üçün əlavə 1GB internet və 150 SMS 6 AZN-dir! |
| Samsung Galaxy A56 5G 8+128GB | 869 AZN | DigiMax 10GB tarifi 3 aylıq faktura dövrü boyunca 50% endirimlə təklif olunur. (Paket 28 gündən bir yenilənir). 10GB internet, ölkədaxili zənglər üçün 600 dəqiqə, WhatsApp-da yazışma üçün əlavə 1GB internet, həmçinin sosial mediada istifadə üçün ayrıca 1GB internet və 300 SMS 9 AZN-dir! |
| Samsung Galaxy A56 5G 8+256GB | 969 AZN | DigiMax 10GB tarifi 3 aylıq faktura dövrü boyunca 50% endirimlə təklif olunur. (Paket 28 gündən bir yenilənir). 10GB internet, ölkədaxili zənglər üçün 600 dəqiqə, WhatsApp-da yazışma üçün əlavə 1GB internet, həmçinin sosial mediada istifadə üçün ayrıca 1GB internet və 300 SMS 9 AZN-dir! |
*Cihazın modeli üzrə mövcudluğu satış nöqtələrinə görə dəyişə bilər.
Kampaniyaya qoşulmaq üçün qeyd edilən smartfon modellərindən birini Azercell-in rəsmi satış və xidmət mərkəzlərindən əldə etmək kifayət edir.
|
Göstərici |
Samsung Galaxy A17 |
Samsung Galaxy A56 5G |
|
Əməliyyat sistemi |
Android 15, One UI 7 |
Android 15, One UI 7 |
|
Prosessor |
MediaTek Helio G99 |
Samsung Exynos 1580 |
|
Operativ yaddaş |
4GB/6GB/8GB |
8GB |
|
İstifadəçi yaddaşı |
128GB/256GB |
128GB/256GB |
|
Yaddaş kartı |
Dəstəkləyir |
Dəstəkləmir |
|
Ekran və onun yenilənmə tezliyi |
6.7” Super AMOLED, 90 Hs-dək |
6.7” Super AMOLED, 120 Hs-dək |
|
Əsas kamera |
50 MP geniş + 5MP ultra-geniş + 2MP makro |
50 MP geniş + 12MP ultra-geniş + 5MP makro |
|
Ön kamera |
13 MP |
12 MP |
|
Batareya və şarj sürəti |
5000 mAs (tipik), 25 Vt sürətli şarj dəstəyi |
5000 mAs (tipik), 45 Vt sürətli şarj dəstəyi |
|
Simli bağlantı növü |
USB Type-C |
USB Type-C |
|
Simsiz bağlantı növü |
Bluetooth, NFC, Wi-Fi |
Bluetooth, NFC, Wi-Fi |
|
Qulaqlıq üçün giriş |
USB Type-C |
USB Type-C |
|
Təhlükəsizlik |
Barmaq izi skaneri |
Barmaq izi skaneri |
|
Sudan və tozdan qorunma |
Var (IP54 standartı üzrə) |
Var (IP67 standartı üzrə) |
|
Şəbəkə texnologiyası |
2G, 3G, 4G LTE |
2G, 3G, 4G LTE, 5G |
|
SIM kart sayı |
2 |
2 |
|
SIM kart növü |
Nano |
Nano |
Qeyd edilən smartfon modellərindən birini seçmiş abunəçilər mobil nömrələrini satış nümayəndəsinə təqdim etdikdən sonra kampaniya haqqında SMS bildirişi alacaqlar. Bildiriş gəldikdən sonra DigiMax 5GB və yaxud DigiMax 10GB tarifini aktivləşdirmək üçün D5 və ya D10 açar sözünü 7575 qısa nömrəsinə göndərmək kifayət edir. Hər SMS-in qiyməti 0.01 AZN təşkil edir. Tarif paketini, həmçinin USSD kod vasitəsilə də aktivləşdirmək olar. DigiMax 5GB üçün: *750*4*205#YES, DigiMax 10GB üçün: *750*4*210#YES