Sizə qarşı mobil dələduzluq törədilibsə, bu faktla bağlı hüquq mühafizə orqanlarına müraciət edə bilərsiniz. Mobil rabitə operatoru dələduzların hərəkətlərinə görə məsuliyyət daşımır və onları hüquqa zidd hərəkətlərlərinə görə məsuliyyətə cəlb etməsi mümkün deyil.
Hörmətli Abunəçilər,
Son zamanlar Azercell şəbəkəsi istiqamətində beynəlxalq mobil dələduzların fəallaşmasını nəzərə alaraq abunəçilərimizə diqqətli olmağı tövsiyyə edirik. Bununla əlaqədar tərəfimizdən bütun müvafiq tədbirlər görülməkdədir. Şübhəli məzmunlu SMS-lərə geri dönüş etməməyi, həmin SMS-də göstərilən beynəlxalq nömrələrə zəng etməməyi tövsiyyə edirik. Əks halda nömrənizin hesabında böyük məbləğdə xərclər yarana bilər.
Səhvən edilən yükləmələr
Abunəçinin nömrəsinə "Hörmətli Abonent! ... nömrəli abonent Sizin balansınıza ... manat yükləmişdir" məzmunlu SMS gəlir. Daha sonra abunəçiyə zəng və ya SMS ilə bildirilir ki, onun nömrəsinə səhvən yükləmə edilib və ondan eyni məbləği başqa nömrəyə yükləmək xahiş olunur.
Klonlaşdırma
Abunəçi telefonunu başqa bir şəxsə verdikdə, SIM-kartının klonlaşdırılması ehtimalı ilə qarşılaşa bilər. Bu əməliyyat xüsusi pirat avadanlığı vasitəsilə edilir. Dublikatın olduğunu periodik olaraq balansın qeyri-müəyyən halda azaldığında başa düşmək olar.
Mükafatlar
Abunəçiyə hər hansı tanınmış şirkət və ya naməlum bir nömrədən onun lotereya qalibi olduğu və ya mükafat (pul, telefon, noutbuk və s.) qazandığı haqda SMS bildirişi daxil olur və bu mükafatı əldə etmək üçün göstərilən qısa nömrəyə SMS göndərmək və ya qeyd edilən hesaba pul köçürmək tələb olunur.
Qeyd edilən virus barədə ətraflı məlumat, həmçinin qarşısının alınması qaydaları barədə aşağıdakı link-lərdən əldə edə bilərsiniz.
https://malwaretips.com/blogs/remove-notify-rocks/
https://malwaretips.com/blogs/remove-android-virus/#safemode
https://support.google.com/chrome/answer/2765944?co=GENIE.Platform%3DAndroid&hl=ru