get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Paket məlumatları

İnternet

  • İnternet paketin həcmi 400 MB

Qiymət

  • İnternet paketin qiyməti 9.90

İstifadə müddəti

  • İnternet paketin istifadə müddəti 3 gün

Limitsiz

  • WhatsApp yazışma

Abunə məlumatları

İnternet - paketinə SMS və ya USSD kodu vasitəsilə abunə olmaq mümkündür.

SMS vasitəsilə abunə olmaq üçün 401 yazıb 2525-ə SMS göndərin. 2525 nömrəsinə göndərilən hər bir SMS 0.01 AZN-dir.

USSD kod vasitəsilə abunə olmaq üçün *100*401#YES yığın.

 

Daha ətraflı
Rouminq internet paketlərinin aktiv olduğu ölkə və operatorların siyahısı.
Ətraflı

Faydalı məlumat

  • Rouminqdə mobil internetdən istifadə etmək üçün rouminq xidməti aktiv edilməlidir.
  • Rouminqdə internet paketi işləmədiyi təqdirdə, cihazda LTE/4G xidməti söndürülməlidir.
  • Rouminqdə internet paketinin düzgün çalışması üçün cihazın ayarlarında APN bölümündə “Internet” sözü yazılmalıdır.
  • Səfər ediləcək ölkəyə getməmişdən öncə orada rouminq tərəfdaşlığının mövcudluğunu yoxlamaq lazımdır. Səfərdə olarkən mobil operator manual olaraq seçilməlidir.

Əlavə məlumat

Azercell abunəçilərə rouminqdə internet paketini SMS, USSD kod və ya Kabinetim vasitəsilə əldə etmək imkanını yaradır.

Cari rouminq paketində trafik qalığı olduğu təqdirdə yeni rouminq internet paketini əldə etmək mümkün olmayacaq.

BALANS sözünü 2525 qısa nömrəsinə göndərməklə və ya *100#YES yığmaqla paket çərçivəsində təqdim edilən balans haqqında məlumat əldə etmək olar.

Həmçinin balans məlumatlarını "Kabinetim" vasitəsilə də öyrənmək mümkündür.

Fakturalı xətt abunəçilərinin rouminqdə cari borcu barədə məlumat onlara xidməti göstərən xarici operatordan daxil olduğuna görə hesablarında gecikmə ilə əks oluna bilər.

400MB rouminq internet paketinin istifadə müddəti 3 gündür. Bu müddət ərzində istifadə edilməyən trafik qalığı geri qaytarılmadan ləğv edilir, həmçinin pulsuz WhatsApp yazışması xidməti dayandırılır.

Paket çərçivəsində təqdim edilən Mobil internet xidmətinin hesablanma intervalı 1 kb təşkil edir.

Paket çərçivəsində təqdim edilən MB-lar sessiya zamanı bitərsə, xidmətdən istifadə haqqı cari tarifə müvafiq olaraq hesabdan çıxılır. Həmçinin WhatsApp-dan istifadə dayandırılır.

Abunəçinin xətti bir və ya ikitərəfli bağlandıqda rouminq internet paketindən istifadə avtomatik olaraq dayandırılır.

 

İnternet paketini deaktiv etmək üçün stop401 yazıb 2525-ə göndərmək və ya *100*401*0#Yes kodunu yığmaq kifayətdir.

Abunə ləğv edildikdə qalıq internet tam sıfırlanır və internetdən istifadə cari tarif planına müvafiq hesablanır.