get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Xüsusi xidmətlər

Məzmun xidmətləri

İmzalı zəng - xüsusi imzanızla zəng etdiyiniz hər bir şəxs üçün şəxsiyyətinizi fərdiləşdirin

Məzmun xidmətləri

İmzalı zəng

“İmzalı Zəng” xidmətinə qoşulun və zənginizə özünüz barədə məlumatları əlavə edin.

Xidmət, istəyinizlə hər bir edilən zəngə imza qoymaq imkanı yaradır. Beləliklə, özünüz və ya biznes fəaliyyətiniz barədə məlumatları qarşı tərəfə birbaşa təqdim etmiş olursunuz.

Eyni zamanda, imzanızda əhvalınızı, sizi ifadə edən fikirləri və ya zəng etdiyiniz şəxsə mesajınızı da yaza bilərsiniz.

 

Qoşulma və qiymətlər

Fakturalı xətt abunəçisi üçün

  • Aylıq 1.99 AZN (limitsiz istifadə imkanı)

Fakturasız xətt abunəçiləri üçün

  • Günlük 0.10 AZN (limitsiz istifadə imkanı)

İstifadə müddəti

  • Pulsuz istifadə müddəti fakturalı xətt abunəçiləri üçün 30 gün, fakturasız xətt abunəçiləri üçün isə 3 gün təşkil edir. Pulsuz istifadə müddəti başa çatdıqdan sonra – abunəçi xidmətdən istifadədən imtina etmədiyi təqdirdə, xidmətə abunəlik ödənişli olaraq yenilənir.

Yeni qoşulan abunəçilərə PULSUZDUR

İmzalı zəngi yaratmaq üçün imza olaraq görmək istədiyiniz mətni SMS-lə 5111 qısa nömrəsinə göndərin. Bundan sonra zəng etmək istədiyiniz nömrəni *5* prefiksi ilə yığın. Məsələn: *5*0551234567

 

Cari imzanı görmək üçün

İmza açar sözünü 5111 qısa nömrəsinə göndərməklə cari imzanızı öyrənə bilərsiniz.

İmzanız, boşluqlar da daxil olmaqla, maksimum 100 simvoldan ibarət olmalıdır. Təyin olunan imzanın mətninə görə bütün məsuliyyət sizə aiddir.

Dəstək

Texniki dəstəyə ehtiyacınız var?

Bizə müraciət edin!

 

Hazır təkliflərimizdən əlavə fərdi dəstəyə ehtiyacınız var? Bizim peşəkar müştəri dəstəkləri komandamız bütün suallarınızı cavablandıracaq.

Əlavə məlumat

İmzalı zəng xidməti istəyinizlə hər bir edilən zəngə imza qoymaq imkanı yaradır. Beləliklə, özünüz və ya biznes fəaliyyətiniz barədə məlumatları qarşı tərəfə birbaşa təqdim etmiş olursunuz. Eyni zamanda, imzanızda əhvalınızı, sizi ifadə edən fikirləri və ya zəng etdiyiniz şəxsə mesajınızı da yaza bilərsiniz.

İmzalı zənglər hal-hazırda yalnız Azərbaycan daxilində fəaliyyət göstərən yerli mobil operatorların (Azercell, Azerfon-Nar) abunəçiləri tərəfindən görülə bilər.

İmzalı zəng xidməti haqqında ətraflı məlumat əldə etmək üçün “infoimza” yazıb SMS-lə 5111-ə göndərmək lazımdır.

Abunəliyi dayandırmaq üçün “stopimza” yazıb SMS-lə 5111-ə göndərmək lazımdır.

Pulsuz istifadə müddəti başa çatdıqdan sonra – abunəçi xidmətdən istifadədən imtina etmədiyi təqdirdə, xidmətə abunəlik ödənişli olaraq yenilənir.

İstədiyiniz sayda imzalı zəng yarada bilərsiniz. Zəng edilən hər bir nömrə üçün fərqli imzalı zəng təyin etmək də mümkündür.