Azercell “Biznesim” tarif planı və digər aylıq biznes internet paketləri daxilində üç aylıq paket təqdim edir. Artıq “Biznesim Sosial Şəbəkələr” paketləri ilə, sahibkarlar əsas internet paketini sərf etmədən, öz şirkətlərinin sosial media aktivliyini gücləndirə bilər.
Qeyd edilən paketlər, korporativ müştərilərə WhatsApp, Facebook, Linkedin, YouTube, Instagram, Facebook messenger, Telegram, Twitter, Viber, Vkontakte, Odnoklassniki, Zvuk və ivi mobil tətbiqləri vasitəsilə abunəçilərə sosial mediadan daima istifadə imkanı təklif edirlər.
Biznesin kiçik yerli mağaza və ya böyük şirkət kimi fəaliyyət göstərməsindən asılı olmayaraq - Sosial media, rəqəmsal marketinq strategiyasının ayrılmaz bir hissəsidir.
Biznesim Çat paketinə qoşulmaqla abunəçi WhatsApp, Facebook Messenger və Viber kimi mesajlaşma tətbiqlərində yazışmaq üçün 5 GB internet əldə edir.
Biznesim Sosial paketinə qoşulmaqla abunəçi WhatsApp, Facebook Messenger və Viber kimi mesajlaşma tətbiqlərində yazışmaq üçün 10 GB internet əldə edir.
Biznesim Media paketinə qoşulmaqla abunəçi mesajlaşma tətbiqlərində yazışmaq və YouTube və iVi kimi platformalarda video izləmək üçün 30 GB internet əldə edir.
Təqdim olunan trafik bitdikdən sonra abunəçinin əsas internet paketinə keçidi avtomatik olaraq baş tutur.
Abunəliyi dayandırmaq üçün “STOP B” yazıb SMS vasitəsilə 2525-ə göndərin. İstifadə olunmamış qalıq internet paketi dərhal balansdan silinir və abunəçi bunun üçün ödənişini geri almır.
Avtomatik yeniləmə xidmətini ləğv etmək üçün “B-“ yazıb SMS vasitəsilə 2525-ə göndərin.