Sizə yaxın gələcək
Biz müəssisələrdə biznes yönümlü işlərin rəqəmsal platformada inkişaf etdirilməsinə dəstək olmaq üçün buradayıq. Rəqəmsal texnologiya sahəsində təqdim etdiyimiz həllər səsin ötürülməsi, məlumatların ötürülməsi, Əşyaların İnterneti (IoT) və kommunikasiya sahəsindəki digər həllərimiz rəqəmsal transformasiyanın mahiyyətini dərk edən hər bir biznes sahəsi üçün əsasdır. Rəqəmsal həllərin təminatçısı kimi biznesin hər bir sahəsinin bir-biri ilə yanaşı, dünya ilə də əlaqədə olmasını dəstəkləyirik. Həllərimiz və xidmətlərimiz biznesin böyük-kiçikliyindən asılı olmayaraq, müxtəlif sahələrin tələb və gözləntilərinə cavab verir.
Biz sürətlə dəyişən rəqəmsal dünyada biznes partnyorlarının inkişaf etməsi üçün yeni üfüqlər açan, 23 illik uğur tarixçəsinə malik olan bir komandayıq.
Əlaqə üçün 6050 (Azercell abunəçiləri üçün) və *6050 (digər operator istifadəçiləri üçün) qısa nömrələrinə zəng edə və ya business@azercell.com ünvanına yaza bilərsiniz.
Müştərilər - burada mövcudluğumuzun əsas səbəbidir. Qabaqcıl texnoloji həllər və fərdi yanaşmaya əsaslanan ən yaxşı 7/24 müştəri xidmətini sərgiləyirik.
Tərəfdaşlarımızın tələbini ödəmək üçün məhsul portfelimizi daima genişləndiririk. Biz KOB-lara və iri müəssisələrə uyğun məhsul və həllər təklif edirik.
Əlaqə
Sadəcə diqqətinizi əsas biznesiniz üzrə cəmləyin, çünki sizi daima dayanıqlı və fasiləsiz qoşulma xidməti ilə təmin edəcəyik. Xidmətlərimiz son dərəcə yenilikçi texnologiyalara əsaslanır, lakin istifadədə çox sadə və asandır.
Ehtiyaclarınız üçün fərdi rəqəmsal həll təklif etmək və ya hazır təkliflərimizdən birini seçmək üçün elə indi bizə müraciət edin. Azercell-lə imkanlar hüdudsuzdur.
“Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlərdən istifadə zamanı, abunəçilər tərəfindən həyata keçirilən əməliyyatlarda ədalətli istifadə şərtlərinə və təhlükəsizlik tələblərinə zidd davranış, o cümlədən fırıldaqçılıq, maliyyə yaxud işgüzar nüfuza zərər vura biləcək şübhəli hallar aşkar edildikdə, həmçinin qanunvericilik və/və ya Müqavilədə nəzərdə tutulan digər hallarda, təqdim edilən xidmətin istifadəsini tam və ya qismən məhdudlaşdırmaq, yaxud dayandırmaq hüququnu “Azercell Telekom” MMC özündə saxlayır.
Şübhəli əməliyyat, ehtimal olunan və ya baş verən fırıldaqçılıq hadisəsi və ya təhlükəsizlik təhdidləri zamanı, abunəçilərin təhlükəsizliyini təmin etmək üçün əməliyyatlara nəzarət edilməklə yanaşı, şübhəli hallara dair abunəçiyə zəng, sms və ya digər üsullar vasitəsilə məlumat verilə bilər. Müvafiq pozuntu və sui-istifadə hallarının baş verməməsi (davam etməməsi) üçün xidmətlərin göstərilməsinə qoyulmuş məhdudiyyət, abunəçinin müraciəti əsasında aparılmış araşdırma nəticələrindən asılı olaraq aradan qaldırıla bilər.