Azercell öz fəaliyyətini qanunvericiliyə uyğun olaraq və ümumi qəbul olunmuş etik standartlar çərçivəsində qurur, bu siyahıya insan hüquqları, əmək münasibətləri, təhlükəsiz ətraf-mühit, ədalətli rəqabət və anti-korrupsiya kimi standartlar daxildir.
Azercell Telekom MMC-nin Etik davranış qaydaları işgüzar faəliyyət zamanı iş mühitində səmərəli fəaliyyətin təşkili ilə bağlı əsas prinsipləri özündə ehtiva edir. Bu qaydalar Azercell-in bütün əməkdaşlarına şamil edilir. Azercell-in bütün səhmdarları, biznes partnyorları və fərdi əməkdaşları sözügedən qaydalara riayət etməlidir.
Bizim məqsədimiz arzuolunan iş mühiti yaratmaqdır. Bunun üçün təcrübəli və həvəsli kadrları öz peşəkar iş mühitimizə cəlb edir, onları inkişaf etdirir və gələcək karyeralarında dəstək oluruq. Uşaq əməyinin və ya hər hansı bir şəkildə əməyin istismar edilməsini qəbul etmirik.
Azercell bütün təchizatçı və müqaviləçilərin etibarlı tərəfdaşıdır. Biz daim bu etibarı doğrultmaq və əməkdaşlarımızla ortaq maraqlarımızı təmin edən uzunmüddətli biznes münasibətləri qurmaq üçün çalışırıq.
Azercell cari və potensial müştərilərimizin daim ilkin seçimi olmağı hədəfləyir. Bizim əsas hədəfimiz təhlükəsiz və yüksək keyfiyyətli rəqəmsal xidmətləri münasib qiymətlərlə təklif etmək və onların birbaşa müştərilərimizə çatdırılmasını təmin etməkdir.
Azercell bütün əməkdaşlarını və səhmdarlarını şirkətin fəaliyyətinə xələl gətirəcək hansısa qanun pozuntusu və ya etik davranış qaydalarını pozma halları müşahidə etdikləri halda çəkinmədən bu barədə məlumat verməyə və “Bizə danış” kanalı vasitəsilə müvafiq pozuntu halını bildirməyə təşviq edir. Bu cür arzuolunmaz hallar barədə məlumat verməklə siz müvafiq problemlər barədə tədbir görməyimizə və etibarlı bir biznes tərəfdarı və uğurlu xidmət provayderi kimi fəaliyyətimizi davam etdirməyimizə yardım etmiş olursunuz.
Azercell mövcud və potensial problemlər barədə bizi məlumatlandırmaq təşəbbüslərinizi yüksək qiymətləndirir.
“Fikrini bölüş” kanalı vasitəsilə qeyd edilən bütün məlumatlar ciddi konfidensiallıq qaydaları ilə qorunur və bu işi görmək üçün təhkim edilmiş xüsusi əməkdaşlar vasitəsilə konfidensial şəkildə araşdırılır.
Xəbərdarlıq sisteminə hansısa pozuntu halları ilə bağlı məlumat verən hər hansı bir şəxsə qarşı təhdid və ya qisasçılıq əməllərinin qəti əleyhinəyik və bunun üçün müvafiq tədbirlər görürük.
“Fikrini bölüş” kanalına müraciət et:
Elektron poçt: speak-up@azercell.com
Azercell öz fəaliyyətində etibarlılıq, inteqrasiya və məsuliyyətlilik prinsiplərini və bunlarla bağlı müvafiq qanunvericilik aktlarını rəhbər tutur. Şirkət olaraq bütün təchizatçı və müqavilə tərəflərindən ümumi qəbul edilmiş insan hüquqları, iş mühiti, dayanıqlı ətraf mühit və anti-korrupsiya ilə bağlı standartlara bizimlə eyni həssaslığı göstərmələrini və onları dəstəkləmələrini gözləyirik. Biz həmçinin öz biznes partnyorlarımızdan Azercell ilə əməkdaşlıq edən 3-cü şəxslərə aid Davranış Məcəlləsinə riayət etmələrini gözləyirik. Azercell olaraq bu faktoru münasibətlərin qurulması və inkişaf etdirilməsində həlledici amil hesab edirik. Azercell bütün müqavilə tərəflərinin müvafiq standartlara əməl etməsini yoxlamaq üçün mütəmadi olaraq monitorinqlər və auditlər təşkil edə bilər.
Azercell ilə əməkdaşlıq edən 3-cü şəxslərə aid Davranış Məcəlləsi
Azercell öz fəaliyyətini inteqrasiya əsasında qurur və bu zaman istənilən korrupsiya halının qəti əleyhinə çıxış edir. Korrupsiya və rüşvətxorluq risklərinin azaldılması üçün biz:
Azercell-in əməkdaşları və səhmdarlarının birbaşa və ya dolayı yolla, həmçinin, üçüncü şəxslər vasitəsilə rüşvət təklif etmə, təqdim etmə, tələb etmə, buna şərait yaratma və ya rüşvət alması qadağandır.
Azercell əməkdaşları öz fəaliyyətləri zamanı istənilən potensial və ya mövcud olan maraqların toqquşması hallarının qarşısının alınmasına çalışmalı və bu kimi hallar baş verdiyi təqdirdə rəhbərliyi dərhal məlumatlandırmalıdır.