get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

Peşəkarlar üçün inkişaf imkanları

İşçilərin professional inkişafında 70:20:10 prinsipi işləyir. İşçilərimiz öz inkişaflarında biliklərinin 70%-ni gündəlik peşə həyatlarında, 20%-ni ətrafdakılarla münasibətdə, 10%-ni isə xüsusi təlim proqramlarından əldə edir.

Azercell işçilərinin professional inkişafına böyük sərmayə qoyur. Əməkdaşlarımız işlərində həm dünyanın tanınmış şirkətlərindən, həm də daxili tədris proqramlarından əldə etdikləri bilik və təcrübədən faydalanırlar.

Hazırda Azercell Akademiyasında 30-a yaxın sertifikatlı tədrisçi fəaliyyət göstərir. Tədrisçilərimiz Təqdimat bacarıqları, Danışıq aparma bacarıqları, Müştəri-yönlü xidmət mədəniyyəti, Müştəriyə fokuslanma, Üz-üzə və telefon vasitəsilə müştəri xidmətləri, Satışın əsasları, İdarəetmənin əsasları, Sağlamlıq və təhlükəsizlik – ilk yardım, yanğınla mübarizə və avtomobillərin təhlükəsiz idarə olunması kimi mövzular üzrə təlimlər keçirirlər.

Azercell Akademiyası nəinki Azercell əməkdaşları və tərəfdaşları üçün, həmçinin Azərbaycanın fərqli özəl və dövlət müəssisələrində.

 

“Azercell Telekom” MMC-nin Peşəkarlar Proqramı

“Azercell Telekom” MMC-nin peşəkar proqramı iş təcrübəsi və ali təhsili olan ambisiyalı şəxslər üçün hazırlanmışdır. Bu proqram TS-də biznesi öyrənmək və şəxsi inkişafa nail olmağa imkan verir. Altı ay müddətində “Azercell Telekom” MMC-nin yüksək vəzifəli rəhbərləri və mütəxəssisləri, eləcə də xarici mütəxəssislər iştirakçılara şirkət və telekommunikasiya sahəsi barədə dəyərli məlumat təqdim edirlər.

İşgüzarsınızsa və tələb olunan iş təcrübəsinə maliksinizsə, Vakansiyalar səhifəmizə müraciət edin.

Tələbə təqaüdü proqramı
Tələbə və məzunlar üçün inkişaf imkanları

Tələbə təqaüdü proqramı

Azercell hər il yüksək bilik göstəriciləri nümayiş etdirən tələbələr üçün Təqaüd Proqramını həyata keçirir. Bütün seçim turlarından keçən tələbələr Azercell-in təqaüdçüləri olurlar. Tələbələr aldıqları aylıq təqaüddən başqa, həmçinin keçirdiyimiz maraqlı layihələr və tədrislərdə iştirak edirlər, korporativ mədəniyyətimizlə tanış olurlar və gələcəkdə bizlərdən biri olmaq üçün şans qazanırlar

Ətraflı
Tələbə və məzunlar üçün inkişaf imkanları

Təcrübə proqramı

Azercell Azərbaycanda və xaricdə təhsil alan tələbə və məzunlara iş təcrübəsi qazanmağa imkan yaradır! Azercell-də təcrübə proqramı keçməklə yanaşı təcrübə proqramının qaliblərinə telekommunikasiya sahəsində biliklərini artırmaq, Azercell-in korporativ tədbirləri və ictimai fəaliyyətində iştirak etmək, müxtəlif tədrislər almaq şansı verilir.

Ətraflı
Təcrübə proqramı