get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Biznesim Wi-Fi

Ümumi məlumat

Azercell Biznes yeni “Biznesim Wi-Fi” təklifləri təqdim edir! Bundan sonra korporativ abunəçilər daha sərfəli rabitə dəstəyi ilə "Mi-fi" və “WTTx” modemlərindən yararlana biləcəklər.

İstifadəçilərin istəklərinə ən uyğununu seçməsi üçün müxtəlif ölçülü paketlər və həmin paketlər arasında keçid imkanı mövcuddur ki, bu da Kiçik, Orta və Fərdi müəssisələr üçün ideal həll variantıdır.

“Biznesim Wi-Fi” təklifləri müştəriləri və işçilərinə olduqları hər yerdə heç bir fiziki bağlantı tələb etmədən sadəcə Azercell Mobil Şəbəkəsi və ya bu cihazlardan biri ilə internetə çıxışı təmin edir.

Mi-Fi modemləri 10-a qədər cihaza internetə çıxış təmin edə bilən portativ modellərdir.

WTTx modemi isə 32 cihaza internet çıxışı təmin etmək özəlliyinə malikdir.

Yeni təklifin üstünlüyü ondan ibarətdir ki, internet paketlərindən birini seçməklə abunəçi ilkin ödəniş etmədən cihazı pulsuz əldə edir.

Üstünlüklər

Sərfəli

Seçilən internet paketinin ödənişini dərhal həyata keçirməklə cihazın ilkin ödənişsiz və pulsuz əldə edilməsi imkanı

Çoxfunksiyalı

32-dək cihazın internetə rahatlıqla çıxışının təmin edilməsi imkanı

Paketi dəyişmək fürsəti

Növbəti 12 ay ərzində seçilən internet paketinin digəri ilə əvəz edilməsi imkanı

Mi-Fi

İnterneti 10 cihaz arasında Wi-Fi ilə paylaşmaq qabiliyyətinə sahib olan portativ bir USB modemidir. Bu qurğu heç bir cihaza və ya porta qoşulmadan avtonom rejimdə işləyə bilər.

50 GB
30
100 GB
40
200 GB
60
Bizimlə əlaqə

WTTx

İnterneti 32 cihaz arasında Wi-Fi ilə paylaşmaq qabiliyyətinə sahib olan portativ bir USB modemidir. Bu qurğu heç bir cihaza və ya porta qoşulmadan avtonom rejimdə işləyə bilər. Cihazın quraşdırılması çox asandır (qoş və işlə), əlavə texniki avadanlıq tələb olunmur. Məzh bu cihaz şəbəkə kabellərinin olmadığı ərazilər də daxil olmaqla şəbəkənin zəif əhatə dairələri şəbəkənin əhatə dairəsinin zəif olduğu bir yer üçün ideal həll yoludur.

100 GB
40
200 GB
60
Bizimlə əlaqə

Azercell-dən "Biznesim Wi-Fi" təklifləri ilə biznesinizi daha rahat idarə edin!

Bizimlə əlaqə
Dəstək

Texniki dəstəyə ehtiyacınız var?

Biz kömək edərik!

Hazır texnoloji həllərdən və ya fərdi həllərdən hansını seçmək barədə dəqiq qərara gələ bilmirsiniz? Bizim peşəkar müştəri dəstəkləri komandamız bütün suallarınızı cavablandıracaq.

 

Əlavə məlumat

Kampaniya çərçivəsində hər cihazla birlikdə Data tarifində əvvəlcədən ödənilmiş 1 xətt nömrəsi təqdim olunur. Təklif yalnız cihazla birlikdə təqdim olunan nömrələrə aiddir.

Təqdim olunan İnternet paketinin həcmi vaxtından əvvəl bitərsə, abunəçinin internetə çıxışı növbəti yenilənmə müddətinə qədər dayandırılacaqdır.

Bəli, abunəçilər istənilən "Təkrarlanmayan Paketlər"dən  birini ala və bu paketdən Biznesim Wi-Fi cihazlarından biri ilə internetə qoşulmaq üçün istifadə edə bilərlər.

Hər hansı bir paket Mi-Fi cihazı ilə təchiz edilmiş paketlə birlikdə aktivləşirsə, son sifariş edilmiş paket aktiv olur.

Abunəçi təkrarlanan internet paketlərini və qısa müddətli paketləri sifariş edə bilməz.

İstənilən Biznesim Wi-Fi cihazı ilə bağlı texniki dəstəyə ehtiyacınız olduqda aşağıda qeyd olunan əlaqə vasitələrinə müraciət edin:

Axundov Şəbəkəsi:

  •   Tel: +994512 598 14 26; +99450 704 24 24
  •   Ünvan: AZ1000, Bülbül pr., 8a

31 mart 2022-ci il tarixindən etibarən “Biznesim Wi-Fi” təklifləri çərçivəsində Wi-Fi USB (4G USB modem) cihazlarının korporativ müştərilərə təqdim edilməsi dayandırılır.