Azercell-də Təcrübə Proqramı nəzəri bilikləri real iş şəraitində tətbiq etməyə, telekommunikasiya sənayesi haqda bilikləri əldə etməyə, maraqlı və məsuliyyətli layihələrdə iştirak etməyə, və gələcəkdə burada karyera qurmağa imkanlar yaradır.
Mərhələli dəyərləndirmələr nəticəsində seçilən tələbələr və məzunlar Azercell şirkətində təcrübə keçəcəklər.
Proqramda son iki kursun tələbələri və 2018-ci ilin məzunları iştirak edə bilərlər (Bakalavr, Magistr)
Təcrübə proqramı üzrə müraciət etmək üçün:
Təhsil Nazirliyi ilə Azercell Telekom MMC arasında imzalanmış anlaşma memorandumuna əsasən Azercell SABAH qrupları tələbələri üçün hər il xüsusi yerlər ayıracaq.
Proqramda SABAH qruplarının son iki kursunda təhsil alan və 2018-ci ilin məzunları iştirak edə bilərlər (Bakalavr).
İlk seçim mərhələsi təqdim olunan müraciət formalarının dəyərləndirilməsindən ibarətdir. Növbəti mərhələyə dəvət almış tələbələr və məzunlar isə müxtəlif testlər, çalışmalar və müsahibələr vasitəsilə seçiləcəklər. Dəyərləndirmələr zamanı tələbələr və məzunlar akademik fəaliyyətləri, ixtisas üzrə nəzəri bilikləri və maraqları sayəsində seçiləcəklər. Son seçim turu dəyərləndirmə və üz-üzə keçirilən müsahibələrdən ibarət olacaqdır.
Təcrübə sahəsini seçmək üçün vakansiyalar bölümünə müraciət edin
Əlavə məlumat üçün internship@azercell.com e-mail ünvanına və 496 70 07 telefonla müraciət edə bilərsiniz.
Tələbə Təcrübə proqramına müraciət etmək üçün hansı sənədlər lazımdır?
- CV və Tələbə vəsiqəsinin skan versiyası
Tələbə Təcrübə proqramına necə müracət edə bilərəm?
- Yalnız https://www.azercell.com/az/company/career/vacancies/ Sizə uyğun ixtisasa daxil olub “Ərizəni Göndər” seçərək müracət edə bilərsiniz.
Təcrübə Proqramı ödənişlidir?
- Xeyr, Təcrübə proqramı Azercell şirkəti tərəfindən ödənişsizdir
Yalnız Azərbaycan universitetlərində təhsil alan tələbələr təcrübə keçə bilər?
- Azərbaycan Universitetləri ilə yanaşı, digər ölkələrin Ali Məktəblərində təhsil alan tələbələr də iştirak edə bilər.
Eyni zamanda bir neçə təcrübə proqramına müraciət etmək olarmı?
- Əgər göstəriciləriniz elan olunmuş ixtisas tələblərinə uyğun gələrsə, bir neçə ixtisasa müraciət edə bilərsiniz. Lakin birinə seçiləcəksiniz.
Cavablar nə zaman açıqlanacaq?
- Müraciət qəbulu bitən gündən dərhal sonra seçim mərhələləri başlayacaqdır.Hər bir halda bütün namizədlərə geridönüş e-mail vasitəsilə bildiriləcəkdir.
Tələbə bileti əvəzinə Akademik transcript təqdim etmək olar?
- Bəli mümkündür.
İxtisasım üzrə proqram tapa bilmədim. Bilmək istərdim ki, ixtisasıma baxmayaraq hər hansı digər proqrama müraciət edə bilərəm?
- Yalnız elanda qeyd olunan ixtisas tələbləri üzrə müraciət edə bilərsiniz
Əgər göndərdiyim CV heç bir proqrama uyğun gəlməzsə, gələcək vakansiyalar üçün CV-lər sizin CV bazanızda saxlanılır?
- Xeyr, hər növbəti proqram üçün yenidən CV göndərməlisiniz
2018 Təcrübə proqramı hansı müddəti əhatə edəcək?
- 02 Iyul-dan 31 Avqustadək
1-ci və 2-ci kurs tələbələri müraciət edə bilər?
- Yalnız son iki kurs və magistr tələbələri müraciət edə bilərlər.
![]() |