get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Sağlamlıq və Əməyin təhlükəsizliyi

Azercell şirkətinin sağlamlıq və əməyin mühafizəsi üzrə siyasəti

Məqsəd

Bu Siyasətin məqsədi Sağlamlıq və Əməyin Mühafizəsi mədəniyyətini Azercell  işçilərinin gündəlik iş həyatlarının bir hissəsinə çevirmək və işçilər, podratçı işçiləri və müştərilər üçün qanunvericiliyə uyğun təhlükəsiz iş şəraitini yaratmağa nail olmaqdır. Bu öhdəlik Azercell şirkətinin, işçilərimiz və yerli podratçılarımızın öhdəlik və fəaliyyətləri vasitəsilə nümayiş etdirilir. Hər birimiz təhlükəsizlik standartlarından xəbərdar olmalı və onları iş yerimizdə tətbiq etməliyik. Buraya təqdim olunan təlimləri keçmək, məlumatları və dərc olunmuş qaydaları nəzərdən keçirmək və bu standartların istisnasız həyata keçirilməsini təmin etmək daxildir.

Azercell şirkəti daxilində əməyin mühafizəsi və təhlükəsizliyin davamlı inkişafının təmin edilməsi məqsədilə əsas qayda və təkmilləşdirmə hədəfləri müəyyən edilir. Məqsədimiz qəza hallarının sayını, peşə xəstəlikləri və digər problemlər üzrə risklərin mümkün qədər minimuma endirilməsidir.

Azercell şirkətinin əsas diqqət yetirdiyi sahələr sıfır xəstəlik dərəcəsi, xəsarət və ya ölümlə nəticələnən xətaların sayının azaldılmasıdır. Diqqət mərkəzində saxladığımız məsələ aşağıda qeyd olunmuş risklərin azaldımasıdır:

  • İş şəraiti: elektrik cihazları və statik elektrik enerjisi, aşağı və yüksək gərginlik, əşyaların arasında qalaraq əzilmək, yüksəkliyə qalxmaq və düşmək, sürüşkən səth, qaynaq işləri və “qaynar işlər”, o cümlədən səfər zamanı baş verə biləcək insidentlər;
  • əşya və materiallar: düşən əşyalar, ağır avadanlığın qaldırılması, zədə alınması və kəsiklər;
  • temperatur və havalandırma (məs. açıq havada işləmək);
  • şüalanma (məs. elektromaqnit sahələr və lazerlər);
  • fərdi fəaliyyətlər: təhlükəli və riskli fəaliyyət (məs. təhlükəsizlik kəmərləri və ya dəbilqələr və ya digər təhlükəsizlik vasitələrindən istifadə edilməməsi);
  • psixososial və erqonomik səbəblər.

Əsas prinsip

Azercell şirkətində çalışan və ya şirkətimizlə əməkdaşlıq edən hər kəsin sağlamlıq və təhlükəsizliyini təmin etmək və təkmilləşdirmək istəyirik; bu prinsip şirkətimizin bütün fəaliyyətlərində tətbiq edilən aparıcı prinsipdir. Qəza halları, bədbəxt hadisə, insidentlər, peşə xəstəlikləri və təhlükəli fəaliyyət və halların qarşısı alına biləndir.

Azercell iş prosesi zamanı təhlükəsizliyi təmin etmək, sağlamlığa xələl gətirəcək şəraitin qarşısını almaq və sağlamlıq və rifahın qorunması naminə tədbirlər görməklə daim sağlam və təhlükəsiz iş şəraiti yaratmaq və təkmilləşdirmək məqsədinə xidmət edir.

Bu siyasət fəaliyyətimizin sağlamlıq və əməyin mühafizəsinə uyğun şəkildə həyata keçirilməsi və idarə edilməsini təmin edir. Sağlamlıq və Əməyin Mühafizəsi Siyasəti barəsində bütün işçiləri məlumatlandırmaqla və onun icrasına davamlı şəkildə nəzarət etməklə biz, bu standartlara cavab vermək üçün aşkar olunmuş hər hansı bir çatışmazlığın aradan qaldırılması, təkmilləşdirilməsi və davamlılığının təmin edilməsi uğrunda çalışırıq.

Sağlam və təhlükəsiz iş mühitinin yaradılması hər bir kəsin məsuliyyətidir.