get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Dayanıqlılıq

Azercell-in Biznesin Davamlılığına Sadiqliyi

Azercell üçün fəaliyyətin və xidmətlərinin davamlılığı  -  müştərilərimiz, əməkdaşlarımız və digər maraqlı tərəflər qarşısında öhdəliklərin yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə şirkətimiz genişmiqyaslı Biznesin Davamlılığının İdarə Edilməsi Sistemini (BCMS) quraraq, kəsintiləri effektiv şəkildə idarə etməyə və mühüm proseslərə təsiri minimuma endirməyə çalışır. Aidiyyəti üzrə fəaliyyətimiz Azercell-in strateji hədəflərinə və müştəri məmnuniyyətinə uyğun şəkildə həyata keçirilir.

Şirkət rəhbərliyi Azercell-in təşkilati dayanıqlılığını və davamlılığını təmin edən Biznesin Davamlılığının İdarə Edilməsi Sistemini dəstəkləyir. Sistem əvvəlcədən qəbul edilmiş xidmət səviyyəsini qorumaq məqsədilə potensial təhdidlərin qiymətləndirilməsi və aradan qaldırılması, həmçinin kəsintilərə operativ reaksiya və bərpa tədbirlərinin həyata keçirilməsi üçün fəaliyyət göstərir.

Əsas öhdəliklərimiz:

  • Biznes təsir analizi və risklərin qiymətləndirilməsi: Kritik biznes proseslərini və mümkün kəsintilərin təsirini müəyyən edərək qiymətləndirir, təşkilati dayanıqlılığı gücləndiririk.
  • Korporativ məqsədlərlə uyğunluq: Biznesin Davamlılığının İdarə Edilməsi Sistemini şirkətin korporativ məqsədləri və strateji hədəfləri ilə uyğunlaşdırır, uzunmüddətli dayanıqlılığı gücləndiririk.
  • Effektiv bərpa və davamlılıq strategiyaları: Fəaliyyətin dayanma ehtimalının qarşısını almaq məqsədilə effektiv strategiyalar və cavab tədbirləri hazırlayır, mütəmadi sınaqdan keçirir və təkmilləşdiririk.
  • Əməkdaşların maarifləndirilməsi və hazırlığı: Bütün əməkdaşların Biznesin Davamlılığının İdarə Edilməsində rol və öhdəliklərini dəqiq anlaması və icrasını təmin etmək məqsədilə fəal şəkildə genişmiqyaslı təlim və maarifləndirilmə proqramlarını həyata keçiririk.