get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Müştəri Xidmətlərinin İdarə Edilməsi

calendar 29.01.2016

18-19 fevral tarixlərində Azercell Akademiyası və ADA Universiteti İxtisasartırma Proqramları Departamentinin birgə təşkil etdiyi "Müştəri Xədmətlərinin İdarə Edilməsi" təlimində iştirak etmək üçün müraciət formasını doldura bilərsiniz.

Bu proqram Müştəri Xidmətlərinin səmərəli şəkildə  idarə edilməsi üçün müxtəlif strateji məqamlara fokuslanır. 4 moduldan ibarət olan proqram  özündə Müştəri Xidmətlərinin İdarə edilməsi üçün zəruri olan  bölümləri  birləşdirir: MXİE-nin  konsepsiyası; işə qəbul, seçim prosesi və tədris; iş proseslərinin inkişafı və ölçülməsi;  MX-da infrastruktur və texnologiya. Proqramın əsas məqsədi Müştəri Xidmətlərinin İdarə Edilməsinin  “böyük rəsmini ” göstərməkdir.


Tədrisin qiyməti: 595 AZN

Tarix və vaxt: 18-19 Fevral, 09:30-17:00

Müraciət üçün son tarix: 12 Fevral 2016

Məkan: ADA Universiteti

Tədrisçilər:

Firəngiz Yusifova, Tədris və Məlumatların İdarə Edilməsi Mərkəzinin rəhbəri, Azercell
Leyla Cəfərli, Tədris və Məlumatların İdarə Edilməsi Mərkəzinin mütəxəssisi, Azercell

Ətraflı məlumat: Azercell Akademiyasının səhifəsində.