get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

İKTA sabit internet xidmətləri üzrə istehlakçı məmnuniyyəti sorğusu keçirir.

calendar 21.08.2026

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) sabit internet xidmətlərindən istifadə edən istehlakçıların xidmətlə bağlı təcrübəsini və məmnunluq səviyyəsini öyrənmək məqsədilə onlayn sorğu keçirir. 23 iyul 2026-cı il tarixində başlayan sorğu 20 sentyabr 2026-cı il tarixinədək davam edəcək.

Sorğuda internet bağlantısının sürəti və dayanıqlılığı, xidmətin qiymət və keyfiyyət uyğunluğu, texniki nasazlıqların aradan qaldırılması, provayderlə kommunikasiya, müraciətlərin cavablandırılması və ümumi istifadəçi təcrübəsi ilə bağlı suallar yer alır.

Anonim qaydada keçirilən sorğu 6 bölmə üzrə 20-dən çox sualdan ibarətdir və cavablandırılması bir neçə dəqiqə vaxt aparır. Respondentlərdən onları birbaşa müəyyənləşdirməyə imkan verən məlumatların təqdim edilməsi tələb olunmur.

Sorğunun nəticələri ayrıca göstərici kimi deyil, Agentliyin malik olduğu digər məlumatlar və monitorinq nəticələri ilə birlikdə təhlil ediləcək. Əldə olunan məlumatlardan xidmət keyfiyyətinə təsir göstərən çətinliklərin müəyyənləşdirilməsi və tənzimləmə tədbirlərinin planlaşdırılması zamanı istifadə olunacaq.

Onlayn iştirakla yanaşı, “Azərpoçt” MMC-nin AZ1000 Mərkəz şöbə filialı, AZ1002 poçt şöbəsi, AZ1138 Yasamal şöbə filialı və AZ5000 Sumqayıt Mərkəzi Poçt şöbəsində də sorğuda iştirak etmək mümkündür.

Sorğuda iştirak etmək üçün keçid: https://forms.gle/hrquwN8vVYbjaU739

Back Onlayn dəstək
Full view