get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-dən yeni Smartfon kampaniyası! Huawei Y520 Smartfonunu al və Azercell-dən 6 ay ərzində hər ay 5GB-dək Pulsuz İnternet əldə et

calendar 30.11.2014

Azercell 4,5 milyonluq abunəçi ailəsi üçün Novruz bayramı ərəfəsində daha bir sərfəli kampaniyaya başlayır. 17 mart tarixindən etibarən butün Azercell-lilər Pulsuz İnternet kampaniyasından yararlana bilərlər. Kampaniya çərçivəsində bütün - yeni, mövcud, və Azercell şəbəkəsinə MND çərçivəsində keçən SimSim abunəçiləri Azercell diler məntəqələrində Huawei Y520 mobil telefonu almaqla 6 ay boyunca hər ilk yükləmələrinə 5 GB-dək Pulsuz İnternet əldə edəcəklər. Kampaniyaya qoşulmaq üçün abunəçi  8838 qısa nömrəsinə SMS göndərməlidir. Kampaniyaya Azercell Diler dükanlarında qoşulmaq mümkündür. Abunəçi kampaniyaya qoşulduğu andan etibarən sistem abunəçinin 6 ay ərzində yükləmələrinə nəzarət edəcək:

- 3 AZN dəyərində kart yüklənildikdə - 500MB
- 5 AZN dəyərində kart yüklənildikdə - 1GB
- 10 AZN dəyərində və yuxarı məbləğdə kart yüklənildikdə - 5GB internet qazanacaq.
 

İnternet paketdən istifadə müddəti 30 gün təşkil edəcək. Verilmiş  həcm 30 gün keçmədən bitərsə, 30-cu günün sonunadək sürət 128Kb/s enəcək və trafik pulsuz olacaq. Pulsuz İnternet paketi olan nömrələr            “1 saat”, “3 saat”, “Həftəsonu”, “Gün” (500MB) və “Gecə” paketlərindən istifadə edə bilər. Onu da qeyd edək ki, hər nömrədə kampaniyaya 1 dəfə qoşulmaq mümkündür.

Məlumat üçün bildirək ki, hazırda Azercell-in hər iki abunəçisindən biri fəal mobil internet istifadəçisidir və əvvəki illərlə müqayisədə iki dəfə çox Mobil İnternet istifadə edir.  Azercell indi nəinki telefondan, ümumiyyətlə müxtəlif cihazlardan sürətli internetə çıxışı təmin edir. Şirkət yalnız Azərbaycan deyil, bütün regionda belə ilk dəfə olaraq 4G texnologiyasını müştərilərin kommersiya istifadəsinə təqdim edib.

 

Azercell şirkəti undan sonra da öz abunəçilərinin mobil internetdən sərfəli və rahat şəkildə istifadəsi üçün yeni məhsul və kampaniyalar yaratmaqda davam edəcək.

 

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51.3% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2014-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsil şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.