“Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin yüksəldilməsi, optimallaşdırılması, eləcə də internet və rəqəmsal istifadənin stimullaşdırılması məqsədilə 25.08.2026-cı il tarixindən etibarən aşağıda qeyd olunan xidmətlərin istifadə şərtlərində dəyişikliklər tətbiq ediləcək. Bu dəyişikliklər gələcəkdə də abunəçilərə yüksək keyfiyyətli və dayanıqlı xidmətlərin göstərilməsini təmin etməklə yanaşı, texniki göstəricilərin davamlı şəkildə təkmilləşdirilməsinə imkan yaradacaq.
Qeyd: abunəçilər balans haqqında məlumatı tamamilə ödənişsiz olaraq “Azercell” tətbiqindən izləyə bilərlər.
Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, xidmətlərin sifarişi və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər. Korporativ abunəçilər xüsusi Müştəri Xidmətlərinə ((012)4904940 – şəhər telefonundan, 6050 – mobil telefondan (1 zəng – 0,1 AZN); Bazar ertəsi - Cümə, 09:00 - 18:00) müraciət edərək mövcud tariflər, kampaniyalar və xidmətlər haqqında məlumat əldə edə, müxtəlif əməliyyatlar həyata keçirə və texniki dəstək ala bilərlər.