get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Azercell Life

Urfan Əliyev

calendar 21.09.2021
Kreativ düşüncə necə yaranır?

Urfan Əliyev

Məhsul Strategiyası və İdarə Edilməsi şöbəsinin mütəxəssisi

Yaradıcı insan ən başlıcası məlumatlı və bilikli olmaqdır. Hər kəsə məlumdur ki, bütün ideyalar, həllər, kəşflər ətrafımızda baş verən hadisələrin, qəbul edilən informasiyanın sintezindən ibarətdir. Yeni bir fikir ərsəyə gətirmək, məhsul yaratmaq üçün mövcud olan imkanlar, tələblər, problemlər və səbəbləri haqqında ətraflı şəkildə məlumatlı olmaq əsas amillərdəndir.

Digər vacib xüsusiyyət məsələyə, problemə və yaxud beyində olan yarımçıq bir fikrə fərqli baxış bucağından yanaşmaq bacarığının olmasıdır.

Hər hansı bir yeni fikrə sırf öncədən rast gəlinmədiyinə görə məhz bu ideya özündə müəyyən qədər risk daşıyır. Lakin bu qorxunu daxildə boğmağı bacarmaq lazımdır. Keçmişə nəzər yetirsək, deyə bilərik ki, bütün yaradıcı ideyalar, yeniliklər riski gözə alan insanlar tərəfindən kəşf edilmiş, həyata keçirilmişdir.