get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

Ətraf mühit

İKT sənayesinin bir hissəsi kimi Azercell keyfiyyəti artırmağa və xərcləri azaltmağa imkan verən xidmətlərin təmin edilməsi istiqamətində fəaliyyət göstərməklə yanaşı, öz müştərilərini ətraf mühitə mənfi təsirləri azaltmağa səsləyir və bununla da daha dayanaqlı cəmiyyətin qurulmasına çalışır. Azercell 2016-cı ildən ISO 14001:2015 Ətraf Mühit İdarəetmə Sistemləri standartlarına uyğunluq üzrə sertifikatlaşdırılmışdır və dövri olaraq müvafiq yoxlamalardan keçir.

Hesab edirik ki, ətraf mühitə olan mənfi təsirləri şüurlu şəkildə azaltmaqla, mövcud resurslara qənaət etməklə və israfları azaltmaqla, eyni zamanda müştərilərimizi də bu dəyərlərə səsləməklə davamlı şəkildə təkmilləşə bilərik və bununla da həm cəmiyyətimizə önəmli töhfə vermiş olarıq.

Azercellin ətraf mühitə təsir elementlərinə radio-baza stansiyaların elektromaqnit şüalanma təsirləri, enerjidən istifadə, istixana qazlarının atmosferə emissiyası və tullantılardır.

Ətraf mühit siyasətimiz aşağıdakı prinsip və fəaliyyətləri nəzərdə tutur:

  • Ətraf mühitə olan təsirləri idarə etmək və resurslardan səmərəli istifadə etmək üçün riskin qiymətləndirilməsi daxil olmaqla, davamlı və strukturlaşdırılmış idarəetmə yanaşmasını tətbiq edirik;
  • Ətraf mühitə təsir elementlərimizin cəmiyyətə təsirinin normalar daxilində olmasını və istismar müddətini nəzərə alırıq;
  • Əməliyyatlarımızda ətraf mühitə olan təsirləri idarə etmək üçün ehtiyatlılıq prinsipinə əsaslanan yanaşmaya üstünlük veririk;
  • Fəaliyyətimizdə ölkə qanunvericiliyinin tələblərinə tam əməl edirik;
  • Əməliyyatlarımızda ətraf mühitə təhlükə yaratmayan texnologiya və xidmətləri işləyib hazırlamağa, istifadə etməyə və təşviq etməyə çalışırıq;
  • Maraqlı tərəflərlə ətraf mühitə olan məsuliyyəti təşviq edən mövzularlda bilik və təcrübə mübadiləsi edirik;
  • Ətraf mühitə təsirlə bağlı fəaliyyətimizi müntəzəm olaraq şəffaf və etibarlı şəkildə ölçür, nəzarət edir və məlumatları aidiyyəti üzrə təqdim edirik;
  • Enerjiyə qənaət etməklə və tullantıları azaltmaqla, həmçinin resurslara qənaət edən və ətraf mühitə qarşı ziyansız telekommunikasiya xidmətləri yaratmaqla, ətraf mühitə mənfi təsiri azaltmağa çalışırıq;
  • Ətraf mühitə qayğı ilə yanaşırıq və “yaşıl” şirkət olmaq üçün səy göstəririk

Təkrar istifadə

Azercell şirkəti daxilində “yaşıl ofis” siyasətini rəhbər tuturuq. Şirkətdə istifadə olunan bütün kağızlar toplanılır və təkrar istifadə üçün təhvil verilir. 2012-ci ildə irəli sürülən bu təşəbbüs sayəsində çox sayda ağacın qorunub-saxlanılmasına töhfəmizi vermişik. Biz bu fəaliyyəti digər tullantı növlərinə də tətbiq etmək və bunu öz təchizat zəncirimiz və biznes partnyorlarımızla birlikdə həyata keçirmək istəyirik.

Karbon izimizi azaltmaq üçün günəş enerjisinə keçid etdik

Azercell qlobal istiləşmə və iqlim dəyişikliyinə səbəb olan istixana qazı tullantılarını, xüsusilə də karbon qazının (CO2) emissiyasını azaltmaqla ətraf mühitə təsirini azaltmağa çalışır. Ekstremal hava hadisələri, dəniz səviyyəsinin yüksəlməsi və dağıdıcı ekosistem dəyişiklikləri daxil olmaqla iqlim dəyişikliyinin dünyanın hər yerində ciddi ekoloji və sosial sağlamlıq problemlərinə səbəb olduğu sübut edilmişdir. Son 5 ildə Azercell bir sıra əməliyyat sahələrini bərpa olunan enerji ilə təchiz etməyə başlamışdır. Günəş enerjisi hazırda iki əsas Azercell ərazisində işləyir: Qobustan bölgəsindəki “QARPI” və Tovuz bölgəsindəki “TOVKI”. Alternativ enerji mənbəyi kimi günəş enerjisini seçmişik, çünki günəş təmiz və bərpa oluna bilən enerji yaradır və bu, ətraf mühit üçün daha əlverişlidir. Fosil yanacaqlarına alternativ olaraq bu üsuldan istifadə Azercell-in əməliyyatları nəticəsində yaranan karbon izini azaltmağa kömək etmişdir. Yaxın gələcəkdə günəş enerjisindən istifadəni əhəmiyyətli şəkildə artırmağı planlaşdırırıq.