get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Qələbə bizimdir, #QarabağAzərbaycandır!

Xarıbülbülümüzə, Murovdağımıza, mədəniyyət beşiyimizə qovuşduq! İllərin həsrəti bitdi, indi isə #birlikdə evimizə, doğma Qarabağımıza #gəlirik!

Vətənə sonsuz dəstək!
Azərbaycan bayrağı Azercell Plaza üzərində

Vətənə sonsuz dəstək!

Bu qürurlu, həyəcanlı və çətin günlərdə hər an vətənə dəstəyimizi hiss etdirməyə çalışdıq. Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon AZN ianə etdik, hərbi jurnalistlərin balanslarının dolu olmasını təmin etdik. Azercell Plazada və hər bir işçimizin əlində məğrur bayrağımız dalğalandı.

Düşmənlə təmas xəttinə ezam edilmiş bütün media əməkdaşlarının və erməni təxribatına məruz qalmış Bərdə və Gəncə şəhərlərinin sakinlərinə də şirkət tərəfindən rabitə dəstəyi göstərilib.

Azercell Könüllüləri

Azercell əməkdaşlarından ibarət bu xeyriyyə 15 ilə yaxındır ki, ölkənin uşaq evləri, internat, ahıllar evi, eləcə də müalicəyə ehtiyacı olan şəxslərə dəstək göstərir. «Azercell Könüllüləri»nin son təşəbbüslərindən biri də döyüşlər getdiyi zaman ön cəbhədəki əsgərlərimizə yardım oldu. İsti geyimdən ibarət 400-dən artıq qutu, tibbi ləvazimat və digər vəsaitlər toplanaraq Azercell əməkdaşları tərəfindən ordumuza pay göndərildi.

Pandemiya ilə mübarizə

  • Müştərilərimizin Fonda mobil telefon vasitəsilə dəstək olmasını təmin etdik
  • İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 qaynar xəttinə pulsuz zəngləri təmin edən ilk operator olduq
  • Azərbaycanla məhdud nəqliyyat əlaqələri olan ölkələrdəki aktiv rominq abunələrinə 50 AZN balans yüklədik
  • Regional İnkişaf İctimai Birliyi ilə birgə 5728 aşağı gəlirli ailəyə Azərpoçt vasitəsilə bayram hədiyyələri çatdırdıq
  • Koronovirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon AZN ianə etdik
  • 65-dən yuxarı yaş qrupuna aid abunəçilərimizin evlərini tərk etmədən xidmətlərimizdən istifadə etməsini təmin etmək üçün Mobil Müştəri Xidmətlərini onlar üçün pulsuz etdik
  • Həyatlarını bizim üçün riskə atan, müxtəlif xəstəxana və karantin mərkəzlərində gecəsini gündüzünə qatan səhiyyə işçilərini də unutmadıq. Digər operatorların abunəçilərini də ayırmadan xidmətdə olan 600-dən çox tibb işçisinə 50 AZN balans yüklədik.

#birlikdə

Özümüzü, gələcəyimizi və sevdiklərimizi birlikdə qoruyaq

15 sentyabr Bilik Günü

15 sentyabr Bilik Günü

Azercell şirkəti 2016-cı il aprel döyüşləri və 2020-ici ilin iyulunda Tovuzdakı hərbi əməliyyatlarda həlak olan şəhidlərin tələbə övladları üçün aylıq təqaüd təsis edilib. Azercell onlara təhsil müddətinin sonunadək hər ay 300 manat məbləğində təqaüd verəcək. Şirkət bu döyüşlərdə şəhid olan qəhrəman hərbçilərin birinci sinfə gedən övladlarını da təbrik edib. Bu bayram günündə birincilərə tədris materiallarını daha yaxşı mənimsəyə bilmək üçün planşetlər və müxtəlif növ dərs ləvazimatları hədiyyə olunub.

Rəqəmsal həllərimiz biliyinizə yol açsın

Azercell tərəfindən Dövlət İmtahan Mərkəzindən alınan siyahılar əsasında hər iki imtahandan ən yüksək nəticə göstərən 10 abituriyentə planşetlər hədiyyə olunub. Şirkət, həmçinin imtahanlarda ən çox bal toplayan 300 abituriyentin hər birinə xarici dil biliklərini gücləndirmək üçün məşhur Busuu mobil tətbiqetməsinə abunəlik kodları təqdim edib.

Uşaq Paralimpiya Komitəsinə dəstək

Azercell 2014-cü ildən Uşaq Paralimpiya Komitəsinin yanındadır. Komitə sayəsində 1000-ə yaxın sağlamlıq imkanları məhdud uşaq idmana cəlb olunub, 180 idmançımız isə V Uşaq Paralimpiya Oyunlarında yarışıb.

116-11 qısa nömrəsinə zəng

Uşaq Qaynar Xətti

Uşaqlar üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Fəaliyyətimiz ərzində Android və IOS əməliyyat sistemlərini dəstəkləyən mobil tətbiq hazırlanıb, Göygöl ofisi xidmət göstərməyə başlayıb və 116-111 qısa nömrəsi istifadəyə verilib.

İnformatika üzrə Milli Komandaya dəstək

Bu sahədə Təhsil Nazirliyi ilə uğurla əməkdaşlıq edirik. 88 ölkənin 600-dən çox şagird, müəllim və ekspertini bir araya gətirən 31-ci Beynəlxalq İnformatika Olimpiadasının «Rəqəmsal Sponsor» kimi çıxış etmişik. Komandamızın uğurlarında töhfəmiz olduğu üçün fərəh duyuruq!

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Azercell Telecom 1000-dən çox xüsusi qayğıya ehtiyacı olan uşaqlara və şəhid övladlarına Busuu dil öyrənmə xidmətinə pulsuz istifadə hədiyyə edir

#BizBirlikdəGüclüyük

Azercell əməkdaşları hematoloji xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün qan verdilər

Mobil göz və diş klinikaları

Azercell-in dəstəyi və Xəzər Qayğıkeşlik İctimai Birliyinin peşəkar həkimlərinin iştirakı ilə hər il şəhər ətrafı və bölgələrə edilən səfərlər zamanı Azercell-in “Mobil Diş" və “Mobil Göz" klinikaları minlərlə uşaq və böyükləri müayinə və müalicə edir. Azercell-in Səyyar Klinikalarında bu günədək ümumilikdə 11 000-dən artıq şəxs müayinə və müalicədən keçib.

Ümumdünya görmə günü

Jurnalistlərə dəstək

Jurnalistlərə dəstək

Azercell jurnalistlərimizin əhəmiyyətli fəaliyyətini qiymətləndirərək 22 iyul Milli Mətbuat Günündə 7.000 Mediacell tarifi istifadəçilərinin balansına hədiyyə olaraq 5GB mobil internet yüklədi.

Milli Mətbuat Günü

Qadın dediyin

Cəmiyyət qadının gücünü bilsin Azercell güclü və gücünü kəşf etməyə hazır qadınların yanındadır. Öz yolunu seçib ona doğru qətiyyətlə addımlayan qadınlar hər kəs üçün nümunə və ilham mənbəyidir. Onlar inkişafa, təhsilə, uğura gedən yolda sərhədlərin olmadığını göstərir. Biz isə hər zaman onları dəstəkləyirik.

Bookmate audio kitab layihəsi

“İki cahan” audio kitab layihəsi

Nəsiminin 650 illik yubileyi münasibətilə onun 60 nəzm nümunəsi azərbaycan, ingilis və rus dillərinə tərcümə olunub və Bookmate tətbiqindəki audio kitablar sırasında öz yerini alıb.