get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Yay Təcrübə Proqramı başa çatdı

calendar 16.09.2013

Azercell-də ali məktəblərin sonuncu kurs tələbələrinə üçün nəzərdə tutulmuş Yay Təcrübə Proqramı uğurla başa çatdırdı

​Azercell şirkətində keçirilən yay təcrübə proqramı ali məktəblərin sonuncu kurs tələbələrinə əldə etdikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək, telekommunikasiya sahəsində müəyyən biliklər əldə etmək, maraqlı və məsuliyyətli layihələrdə iştirak etməyə və gələcək karyeralarını qurmağa imkan yaradır. 
 

Bu il çox mərhələli dəyərləndirmə prosesinin nəticələrinə əsasən müxtəlif ali məktəblərdə təhsil alan 8 nəfər tələbə  əmək haqqı müəyyən edilməklə  Azercell şirkətinin təcrübə proqramında iştirak etmək vəsiqəsi qazandı. Təşkil olunmuş  təcrübə proqramı xüsusən  İKT, Müştərilərlə Əlaqələr, ƏDX və İnsan Qaynaqları departamentlərində həyata keçirildi.  Təcrübəçilər aşağıdakı iri layihələrdə iştirak etdilər: İnternet Paketlərin Yenidən Tərtibatı ( Redesign of İnternet package), VCC (Virtual Customer Care- Virtual Müştəri Xidmətləri), ADC (Advanced Device Configuration- Təkmilləşdirilmiş Cihaz Konfiqurasiyası).
 

Yay təcrübə Proqramının yekun mərhələsində təcrübəçilər şirkətin prezidenti Kiril Qaburiç ilə görüşdülər. Görüşdə təcrübəçilər əldə etdikləri bilik, şirkət və buradakı iş haqqında yaranan təəssüratları ilə bölüşdülər. 
 

2013-cü il Yay Təcrübə proqramının yekun nəticələrinə əsasən 2 nəfər təcrübəçilərlə bağlanmış müqavilə növbəti 1 ay  müddətinə artırıldı. Bir nəfər təcrübəçi Azercell -ə yarımştat əsasla işə qəbul ediləcək.