get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

TeliaSonera şirkətlər qrupunun Avrasiya biznes regionunu tərk etmək niyyəti barədə yaydığı məlumata dair “Azercell Telekom” MMC-nin rəsmi açıqlaması

calendar 18.09.2015

Bundan öncə həm Avrasiya, həm də Avropa regionunda fəaliyyət göstərən TeliaSonera özünün yeni strategiyası çərçivəsində səylərini İsveç və Avropada cəmləşdirmək məqsədilə Avrasiya ərazisindəki fəaliyyətini azaltmağa, nəticə etibarilə tamamilə regiondan çıxmaq planlarını həyata keçirməyə qərar verib.  Bu qərar Teliasonera şirkətlər qrupunun idarə heyəti tərəfindən qəbul olunub.  

Qey edək ki, əsas səhmdarın Avrasiya regionuna aid şirkətlərdəki fəaliyyətini dayandırmaq niyyətinə baxmayaraq, Azərbaycanın mobil telekommunikasiya bazarının lideri “Azercell Telekom” MMC ölkə qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərir və öz fəaliyyətini eyni şəkildə davam etdirəcək. Bizim məqsədimiz, hər zaman olduğu kimi, müştərilərimizə yüksək keyfiyyətli mobil rabitə xidmət göstərməkdir və bu məqsədimizə də daim sadiq qalaraq, müştərilərimizi yeni-yeni kampaniyalarla, tariflərlə və xidmətlərlə sevindirməkdə davam edəcəyik.

Azercell-in mətbuat xidməti qeyd olunmuş məsələ ilə bağlı hər-hansı bir yenilik olduqda məlumatı media vasitəsi ilə ictimaiyyətlə paylaşacaq. 

 

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2014-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsil şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır.