get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

“Siqaretsiz həyat” şüarı ilə şimal sərhəddinədək piyada Azercell-in sosial layihələri davam edir

calendar 28.07.2015

Yarandığı gündən etibarən coxsaylı sosial layihələr həyata keçirən Azercell Telekom MMC bu gün də bu yöndə fəaliyyətini davam etdirir. Şirkətin ötən ildən etibarən həyata keçirdiyi  “Siqaretsiz həyat daha gözəldir” sosial layihəsi sağlam həyat tərzinə dəstək olmaqda davam edir. 24-27 iyul tarixləri ərzində bu sosial layihənin şüarı altında 2 nəfər gənc  Adil Məmmədli və Rüfət Nəcəfov Bakıdan respublikanın şimal sərhəddinədək qaçış edərək siqaretə “yox” deyib. Bakı-Şabran-Quba-Qusar-Samur buraxılış məntəqəsi istiqamətində marafon qaçışı edən gənclər bu təşəbbüslə hər il dünyada minlərlə insanın ölümünə səbəb siqaretdən uzaq durmağa səsləyib. Azercell şirkəti bu təşəbbüsün telekommunaksiya dəstəkçisi  olaraq bu müddət ərzində gənclərə yaxınları ilə həm sərbəst şəkildə rabitə əlaqəsi qura bilməsinə, həm də GPS və mobil internetin digər xidmətlərindən yararlanmasına yardım edib.

Xatırladaq ki, keçən il Azercell Telekom şirkəti öz əməldaşları arasında eyni adda sosial layihə həyata keçirib. Kampaniya çərçivəsində şirkətin hər bir işçisinə üzərində siqaretin zərərli vərdiş olmasını əks etdirən stiker və stressbol hədiyyə olunub. “Azercell-lə həyat daha gözəldir” deyən şirkət əməkdaşları bir günlərini “Siqaretsiz həyat daha gözəldir” aksiyasına həsr ediblər. Kampaniyaya qoşulan Azercell əməkdaşları həmçinin öz həmkarları və tanışlarını da sosial şəbəkələr vasitəsilə siqareti tərgitməyə dəvət ediblər. Kampaniya iştirakçıları sosial şəbəkələrdə paylaşılan statuslarda #Siqaretsiz həştəqindən yararlanıb. 

Azərbaycanın öncül korporativ sosial məsuliyyətli şirkətlərindən olan Azercell daim ətraf mühit və sağlamlığa faydalı olan layihələr həyata keçirməkdə davam edəcək.


Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz               

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51.3% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2014-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.