get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azərbaycan mobil operatorları arasında ilk təsdiqlənmiş (verified) Facebook səhifəsi statusu – Azercell-də!

calendar 30.11.2013

Azərbaycan rabitə bazarının  lider mobil operatoru Azercell Telekom sosial media kanallarındakı fəaliyyətinə görə həm izləyicilərin, həm də tədqiqatçıların hər zaman diqqət mərkəzindədir. Azercell-in ölkəmizdə sosial media sahəsində nail olduğu daha bir əhəmiyyətli yenilik aid olduğu TeliaSonera şirkətlər qrupunun təşəbbüsü ilə rəsmi Facebook  səhifəsi üçün təsdiqlənmiş (verified) statusunu alması oldu. Məlumat üçün bildirək ki, Avropanın və Amerikanın bəzi nüfuzlu şirkətləri bu statusu əldə ediblər. Onu da qeyd edək ki, istifadəçilərin sayına görə Azercell-in Facebook səhifəsi (http://www.facebook.com/azercell)  ölkədə ilk yerlərdən birini, mobil operatorlar arasında isə birinci yeri tutur. Hal-hazırda Azercell-in rəsmi Facebook səhifəsinin istifadəçilərinin sayı 360 000 nəfəri ötüb və bu rəqəm gündən-günə artmaqdadır. Yüksək istifadəçi sayı ilə bərabər Azercell, həmçinin, səhifədəki abunəçilərin fəallığı və aktiv istifadəsi baxımından 3 dəfə Socialbakers” beynəlxalq tədqiqat təşkilatının “Socially devoted” (Sosial sədaqətli) sertifikatı ilə təltif edib. 

İlk dəfə 2012-ci ildə Facebook səhifəsində istifadəçilərin verdiyi sualların operativ şəkildə cavablandırılmasına görə Azercell ölkədə “Socially devoted” adına layiq görülmüş ilk mobil operator olmuşdur. 2014-cü ilin I rübündə sualların operativ şəkildə cavablandırılmasına görə  Azercell-in bu göstəricisi 97%-ə bərabər olub və şirkət ən qısa zamanda bu rəqəmi 100% çatdırmağı planlaşdırır.

 

 Ümumiyyətlə, Azercell sosial şəbəkələrdə rəsmi səhifə yaradan ilk mobil operator olub. Azercell hal-hazırda sosial şəbəkələrdə müştəri xidmətlərini tətbiq edən yeganə operatordur. Məhz bu yanaşma nəticəsində, mobil operatorun abunəçiləri 24/7 rejimində yüksək keyfiyyətli xidmətdən yararlana bilir və altı fərqli sosial şəbəkənin imkanlarından istifadə edirlər. Məlumat üçün onu da bildirək ki,  Azercell Azərbaycanda çalışan bütün şirkətlər arasında öz Twitter səhifəsi üçün təsdiqlənmiş (verified) statusu alan ilk şirkət olmuşdur.

 

Azercell şirkətinin sosial media kanalları vasitəsilə həyata keçirdiyi yüksək səviyyəli xidmət və yeniliklər bundan sonra da istifadəçiləri sevindirməyə davam edərək Azərbaycanda nümunəvi onlayn xidmətləri modelini nümayiş etdirəcəkdir. 

 

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz


Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.